Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı “ASOS indeks” beynəlxalq indeksləmə bazasına daxil edilib

0

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan “ASOS indeks” sisteminə daxil edilib.  “ASOS indeks” Türkiyədə faəliyyət göstərən və 1500-dən çox jurnalın daxil olduğu tam mətn, bu mətnlərdəki istinad edənlə istinad edilən arasında əlaqəni təmin edən bir bazadır.

Akademik İsa Həbibbəylinin baş redaktoru olduğu “Müqayisəli ədəbiyyatşünaslıq”  jurnalında dünya, o cümlədən türk xalqlarının ədəbiyyatlarının qarşılıqlı müqayisəli təhlili istiqamətində elmi məqalələr çap olunur.  Jurnal bundan öncə beynəlxalq “Index Copernicus” baza sistemində də indekslənməyə başlayıb.

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 × 3 =