Əhalinin nəzərinə! Bakıda bu avtobusların hərəkət sxemi dəyişdirildi

0

Bu gün aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq Xudu Məmmədov küçəsinin İlqar Zülfüqarov küçəsinin kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Millixəbər.az-a verilən məlumata görə, bu səbəbdən M1, M2, M6, 11 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərinin müvəqqəti olaraq aşağıda göstərilən qaydada müvəqqəti təşkil edilib.

Dəyişikliyə əsasən:

M1, M2, M6 nömrəli ekspres marşrut “Həzi Aslanov “ metro stansiyası istiqamətində Ukrayna dairəsi-Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə;

11 nömrəli müntəzəm marşrut Ukrayna dairəsi-Vunqtau küçəsi-Gəncə prospekti-Sadıqcan küçəsi üzrə hərəkəti müyyən edilib.

104 nömrəli müntəzəm marşrut “Həzi Aslanov “ metro stansiyası istiqamətində Gəncə prospekti-Vunqtau küçəsi-Ukrayna dairəsi-Məhəmməd Hadi küçəsi geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkəti müyyən edilib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 × two =