Əli Əhmədov: “Biz qurucu, yaradıcı partiyayıq”-YAP fəalları +VİDEO-FOTOLAR

0

Bu gün Yeni Azərbaycan Partiyası mayın 11-də Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Suraxanı rayonu ərazisində ağacəkmə aksiyası keçirib. Millixeber.az xeber verir ki, Milli aksiyada YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, partiyanın yerli təşkilatlarının fəalları sırasında Yeni Azərbaycan Partiyasının üzvü, YAP “Standart” ilk partiya təşkilatının sədri, Azərbaycan Metrologiya İnstitutu publik hüquqi şəxsin baş direktoru, Saleh Səmədov da iştirak edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan xalqı Ümummilli Liderimiz Heydər Əliyevin doğum gününü böyük təntənə ilə qeyd edir. Onun sözlərinə görə, YAP da bu əlamətdar hadisəni müxtəlif tədbirlərlə qeyd edir və bu ənənə halını alıb: “Ağacəkmə aksiyası da bu tədbirlərdən biridir. Ənənəvi olaraq biz hər il belə aksiya keçiririk. İndi də Suraxanı rayonunun bu ərazisində yaşıllıq salınmasında iştirak edirik. Bununla bir tərəfdən Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsini yad edirik, digər tərəfdən yaşıllıq zolağını salmaqla Bakının ekologiyasının yaxşılaşdırılmasına öz töhfəmizi veririk”.

Əli Əhmədov qeyd edib ki, mahiyyət etibarilə YAP böyük bir gücü özündə ehtiva edir. Bu güc Azərbaycanın inkişafı naminə öz imkanlarını həmişə səfərbər edir. “Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiyanın reallaşmasında partiyamızın nümayəndələri həmişə böyük fədakarlıq nümunələri göstəriblər. Bu aksiyada iştirak etməklə də, bizim partiyamız Prezidentimizin həyata keçirdiyi ekoloji siyasətə dəstək verir. Bütün bunlar partiyamızın mahiyyətindən irəli gəlir. Biz qurucu, yaradıcı partiyayıq. YAP öz gücünü, mütəşəkkiliyini Azərbaycan dövlətinin qüdrətinin daha da artmasına səfərbər edib. YAP təkcə siyasi proseslərdə iştirak etməklə öz missiyasını bitmiş hesab etmir, həm də cəmiyyət üçün əhəmiyyətli olan bütün proseslərdə bundan sonra da fəal iştirak edəcək. Bunu vətəndaşlıq vəzifəsi hesab edirik”-deyə, YAP Sədrinin müavini vurğulayıb.

Qeyd edək ki, ağacəkmə aksiyası çərçivəsində 1.5 hektar ərazidə 1000-dən artıq ağac əkilib.(Sia.az)

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

fifteen + 4 =