Əli Əhmədov: İmkan dərəcəsində gənc insanların namizədliyini irəli sürək

0
Azərbaycanda son dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi və genişmiqyaslı islahatlar strategiyası həyata keçirilməkdədir. Əslində, bu, Azərbaycanda bir neçə il əvvəl başlanılan iqtisadi islahatların davamı kimi də qiymətləndirilə bilər. Aparılan islahatlar nəticəsində Azərbaycanda bütün sferalarda ciddi dəyişikliklərin, ən başlıcası isə yeniləşmənin həyata keçirilməsi nəzərdə tutulur.“Hər bir seçki kampaniyasının öz xüsusiyyətləri var və indiki dövrün səciyyəsindən çıxış etməli olsaq, burada həyata keçirilən islahatlar strategiyası və onun ümumi konteksti mütləq şəkildə nəzərə alınmalıdır. Bu gün aparılan islahatlar həm də kadr dəyişiklikləri formasında özünü göstərir. Belə olan halda, müəyyən dərəcədə parlamentdə də bir dəyişikliyin həyata keçirilməsi ilə bağlı cəmiyyətdə sanki gözlənti var”.
Millixəbər.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini – İcra katibi Əli Əhmədov Trend-ə müsahibəsində deyib.
İcra katibi vurğulayıb ki Azərbaycanda parlamentin formalaşması səlahiyyəti birmənalı şəkildə Azərbaycan vətəndaşlarına məxsusdur. “Seçicilər kimlərin parlamentdə təmsil olunmasını istəsələr, onlara da səs verəcəklər və onlar da parlamentdə Azərbaycan xalqını təmsil edəcək. Seçilənlər gənc və ya orta yaşlı nəslin nümayəndəsi olacaq, bunu seçicilərin müstəsna səlahiyyəti müəyyənləşdirəcək. Azərbaycan cəmiyyətində yeni, ləyaqətli, yüksək təhsilli, geniş dünyagörüşə malik və dərin vətənpərvərlik ruhunda tərbiyə almış gənc nəsil formalaşıb. Bu gənc nəsil Azərbaycanın inkişafına öz töhfəsini verə bilər. Biz onların imkanlarından, potensialından istifadə etməliyik. Taktikamız ondan ibarətdir ki, imkan dərəcəsində gənc insanların namizədliyini irəli sürək. Yerdə qalan məsələni isə seçicilər müəyyən edəcəklər” – deyə, YAP rəsmisi sözlərinə əlavə edib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

17 − 9 =