“Əlilliyin təminatında inzibati nəzarət gücləndirilməlidir” İRAD

0

“Dövlət tərəfindən aktiv sosial müdafiə tədbirlərinin genişləndirilməsinə xüsusi diqqət göstərilir. Hesablama Palatasının yardımların təyin edilməsi və ödənilməsi ilə bağlı apardığı nəzarət tədbirləri nəticəsində ünvanlı yardımın ailənin məişət şəraitinin müayinəsinin qanunvericiliklə müəyyən edilməsinə baxmayaraq, həyata keçirilmədiyini, yalnız müraciət edən şəxslərin məlumatları əsasında avtomatlaşdırılmış sistem tərəfindən təyinat aparıldığını, ailənin istifadəsində olan əmlak və ailənin gəlirləri, tərkibində dəyişikliklər haqqında düzgün olmayan məlumatarın qəbul edilməsi hallarının mövcud olduğunu və qeyd olunan nöqsanlar səbəbindən ünvanlı sosial yardım üzrə nöqsanların yarandığını müəyyən edib”. SİA-nın xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə komitələrin birgə iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

O bildirib ki, bu tədbirlərin nəticəsi ilə bağlı müvafiq nazirliyə məlumatlar göndərilib və ünvanlılığın təmin edilməsi ilə bağlı aparılan tədbirlər nəticəsində cari ilin 9 ayında ünvanlı sosial yardım təyin edilən ailələrin sayı əvvəlki illə müqayisədə 37.1 faiz azalıb: “ Bu, çox ciddi rəqəmdir. Növbəti il üçün ünvanlı yardımın verilməsinə görə, ehtiyac meyarı 10 faiz artırılaraq 143 manat məbləğində proqnozlaşdırılması fonunda tələb olunan vəsaitdən 17 faiz az nəzərdə tutulması ünvanlı yardımın ünvanlılılıq prinsipinin təmin edilməsi istiqamətində bu tədbirlərin nəticəsi kimi qiymətləndirilməlidir”.

Palata sədri sosial müdafiə xərcləri ilə aparılan tədbirlərə əsaslanaraq, I qrup əlillərin sayında artım templərininin müşahidə olunduğunu xüsusilə vurğulayıb: “Belə ki, qeyd olunan kontingentin sayı 1 yanvar 2018-ci illə müqayisədə 8.1 faiz artıb. Təkcə cari ildə yarım illik artım 9.1 faiz təşkil edib. Həm dövlət, həm də dövlət sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun hesabından əlilliyə görə müxtəlif ödənişlər alan vətəndaşların sayında müşahidə edilən artım tempinə əsaslanaraq Hesablama Palatası əlilliyin təminatında inzibati nəzarətin gücləndirilməsinin ciddi ehtiyac olduğunu qeyd edir”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × one =