Əlvəndova Yeganə: Kəndimizdə o qədər xatirələrimiz çoxdur ki, onu danışmağa günlər yetməz.

0

Yeganə xanım, bildiyimiz kimi 18 may Laçın rayonun işğal günüdür. İstərdik ki, laçın rayonu ilə bağlı xatirələrinizi bizimlə bölüşəsiniz.

– Düzünü deyim ki, Laçın rayonunda bizim xatirələrimiz çoxdur. Doğrudur, indi işğal olunub, biz o yerləri gedib  görə bilmirik. Biz o yerlərdə böyümüşük, orta məktəbi bitirmişik, sonra gəlib Bakıda Ali Təhsil alıb, yenə qaydıb Laçın rayonunda işləmişik, öz kəndimizdə. Laçın rayonunda o qədər xatirələrimiz çoxdur ki, onu danışmağa günlər yetməz. Düşünürəm ki, Cənab Prezidentin siyasəti ilə torpaqlarımız tez bir  zamanda özümüzə qaytarlacaq. Yenə həmin yerlərdə gedib yaşayacaq və həmin yerlərdə həyatımızı davam etdirəcəyik, valdeyinlərimizin məzarını ziyarət edəcəyik.

Bu hamımızın arzusudur. Sən bu gün cəmiyyətimizə sağlam gənclər, sağlam vətəndaşlar yetişdirirsiniz. Yeni nəsilə Laçının təbliği yönümdə hansı işlər həyata keçirdirsiniz ?

– Yeni nəsillər, Bakıda dünyaya gələnlər təbii ki, Laçın rayonunu görməyiblər, amma yenə də onların əksəriyyəti bilir Laçın necə bir yerdir. Onlar artıq məktəbi bitiriblər, sərbəst həyat yaşayırlar. İndiki Laçınlı şagirdlərimiz burda böyüyür, lakin biz onlara həmişə Laçını təbliğ edirik. Onların içində Günlarə adlı bir şagirdimiz vardı. O Laçın rayonunu görməmişdi, burda dünyaya gəlmişdi. Laçın haqqında Ata-anasının Laçın haqqındakı söhbətlərindən bir şeir yazmışdı. Biz o şeiri oxuyanda çox kövrəldik. Laçının işğalı ilə bağlı tədbirlər keçirdirdik, orda Gülnarə də iştirak edirdi. O öz yazdığı şeirini deyəndə, həqiqətən də kövrəldik. İndi mən Laçın haqqında danışanda da, Laçından söhbət düşəndə də kövrəlirəm, özümü saxlaya bilmirəm. Şagirdlərimizə də onu təbliğ edirik ki, harda dünyaya gəlsək də bizim vətənimiz Laçındır, biz Laçını heç vaxt unutmamalıyıq.

Maraqlıdır, Laçın rayonu alınsa Yeganə müəllimə Laçının zəfərini eşidərsə və Laçına qayıdılarsa, o zaman məktəbdə ilk olaraq dərslərin aparılmasında hansı qaydalar həyata keçirər?

– İlkin olaraq, “Zəfər günü”, bu ad altında bir dərs keçərik, bütün şagirdlərə qələbə günü, zəfər günü dərsi keçərik məktəbdə.

Son olaraq bizim gənclərimizə nə deyərdiniz?

– İşğal olunan rayonların hamısının işğal gününü bütün məktəblərdə, şəhər məktəblərindən tutmuş, rayon məktəblərinə qədər hamsında təbliğ olunsun və hamı bunu bilsin ki, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Şəhərdə uşaqlar arasında sorğu keçiriləndə uşaqlar bilmilər ki, torpaqlarlmız nə zaman işğal olunub.

Yeganə müəllimə, hər bir insanın doğulduğu məkandan uzun zaman ayrı qalsa da, yaddaşında silinməz iz buraxan bir yerlər qalır. Bəs sizin xatirinizdə Laçının hansı məqamı var ki, o daimi gözünüzün qarşısına gəlir, o illəri xatırlayırsınız ?

– Laçının bütün təbiyyəti gözümün qarşısındadır. Təsəvvür edin, Şuşadan Laçına düşən yol bütün gün gözümüzün qarşısındadır. Hansı ki, biz gəlirdik dərsə, qaydırdıq evə. O yollarla bütün gün gedib-gəlirdik deyə əzbər bilirdik hər yerini. Gözümüzün qabaqındadı Laçından bizim kəndimizə gedən yol. Bütün o yollar, təbiyyət, dağlar, bütün bunlar gözümüzün qarşısındadır. Ən çox arzum budur ki, Allah o ömrü bizə qismət eləsin kəndimizin bulağından su içib arzuma çatam.

Millixəbər.az: Zamin Zeynal, Nicat Abbas

Laçın rayon 15 nömrəli
tam orta məktəbin Direktoru 

Əlvəndova Yeganə Yaşar qızı

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

1 + three =