Əməkdar müəllim:Şagirdlərimiz də, müəllimlərimiz də cəbhədəki uğurlarımızı izləyir və alqışlayırlar

0

Bir həftədir ki, şanlı Ordumuz Azərbaycan xalqının tapdalanmış hüquqlarının bərpası, işğal olunmuş torpaqlarının azad olunması üçün son və qəti döyüşə atılmışdır. Bu gün körpəsindən tutmuş qocasına kimi bütün Azərbaycan Ordumuzun cəbhədəki uğurlarını həyəcanla izləyir, hər vasitə ilə döyüşə atılmış əsgər və zabitlərimizə maddi və mənəvi dəstəklərini nümayiş etdirməyə çalışır.

Abşeron rayonunda öz təhsil uğurları ilə seçilən məktəblərdən biri olan Xırdalan şəhər 9 saylı tam orta məktəbin pedaqoji kollektivi də  pandemiyanın və müharibə şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, öz üzərlərinə düşən vəzifələri şərəflə yerinə yetirməyə çalışır. Məktəblilərin və müəllimlərin vətənpərvərlik ruhu olduqca yüksəkdir. Şagirdlərimiz də, müəllimlərimiz də cəbhədəki uğurlarımızı anbaan izləyir və alqışlayırlar. Kollektivimiz təlim-tərbiyə prosesini Ali Baş Komandanın xalqımıza müraciətinin ruhundakı vətənpərvərlik çağırışları ruhunda təşkil etmək üçün ciddi səy göstərir.

Son günlərdə məktəbimizdə “Əsgərə məktub” çağırışı ilə müəllimlərimizin cəbhəyə- əsgər və zabitlərimizə ünvanlanmış məktubları döyüşən hissələrə göndərildi. Bu məktubların əksəriyyətinin müəllifi analar, yəni  qadın müəllimlər idi. Onların bəzilərinin övladları hazırda cəbhənin ən qaynar nöqtələrində düşmənlərə qarşı döyüşlərdədir. Bəlkə, buna görə də məktublarda ana qəlbinin döyüntüləri daha qabarıq hiss olunur… Həmin məktublardan birini- ibtidai sinif müəllimi Hicran Nağıyevanın məktubunu Sizə göndərirəm. Saytda yerləşdirsəniz, minnətdar olaram.

Sağ olun.

Hörmətlə,

Hüseyn Şahbəndəyev,

əməkdar müəllim

 

(Qarabağın azdlığı uğrunda savaşa qalxmış balamıza-Azərbaycan əsgərinə məktəbimizin müəllimləri adından)

Əsgərə məktub!

Salam, igid!

Salam, əsgər!

Biz səninlə qururluyuq,

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seven − 4 =