Ən çox qayda pozan kanal açıqlandı

0

kanalllaLeksik-üslubi normalar ən çox ATV və ANS TV-də gözlənilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin zamanın tələblərinə uyğun işlədilməsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının tələblərinə uyğun olaraq yanvar-aprel aylarında telekanallarda apardığı monitorinqin nəticələrini açıqlayıb.

İnstitutun direktoru, akademik Tofiq Hacıyev bildirib ki, ölkənin 6 televiziya kanalını əhatə edən monitorinqdə (İctimai TV, ANS TV, ATV, “Space TV”, “Lider TV” və “Xəzər TV”) xəbər və xəbərdən törəmə proqramların dili araşdırılıb, bu proqramların dilinin normaya uyğunluğu nəzərdən keçirilib. O, monitorinqlərin dilin inkişafına müsbət təsir göstərdiyini deyib.

İnstitutun aparıcı elmi işçisi, televiziyaların monitorinqi üzrə qrup rəhbəri Şahlar Məmmədli bildirib ki, monitorinq zamanı ümumilikdə 400-dən artıq norma pozuntusu aşkarlanıb və dil səviyyələri üzrə 145 səciyyəvi nümunə tədqiqata cəlb edilib. Ədəbi dil normalarının pozulma hallarını əks etdirən dil faktlarından 15 %-i İctimai TV-də, 14 %-i ATV-də, 15 %-i ANS TV-də, 18 %-i Xəzər TV-də, 17 %-i Space TV-də, 21 %-i isə Lider TV-də müşahidə edilib. Buna baxmayaraq dil səviyyələri üzrə fərqli nəticələr üzə çıxıb.

Fonetik normanın tələblərinə ən çox İctimai TV, ən az ATV riayət edib. Leksik-üslubi normalar ən çox ATV və ANS TV-də gözlənilib. Qrammatik normanın pozulma halları isə ən çox Xəzər TV-də müşahidə edilib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seven + thirteen =