Ərdoğan Qazaxıstana səfərini təxirə saldı

0
Dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfəri təxirə salınıb.
Türkiyə Prezidentinin fəaliyyət qrafikinə uyğun olaraq, səfərin dekabrın 11-12-də həyata keçirilməsi nəzərdə tutulurdu. Rəsmi məlumata görə, səfərin tarixi dəyişdirilib.
Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

3 × one =