2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmişdir

0

 

Qazax rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir.

Millixəbər.az-a verilən məlumata görə, Tədbirdə yarım il ərzində görülən işlər barəsində məlumat verən Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov demişdir ki, iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. Dövlət başçısı iclası giriş sözü ilə açmış, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş nitq söyləyərək bildirmişdir ki, 2016-cı ildə də Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir, ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir.
Məruzəçi bildirmişdir, ki Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsiplər əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Bu münaqişənin həllinin başqa məqamları yoxdur.  Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü tanınır və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır.
2016-cı ildə Azərbaycanın xarici siyasəti də çox uğurlu olmuşdur. Bununla bərabər, ölkəmizin hərbi potensialı da daha da güclənir. Aprel döyüşləri bir daha göstərdi ki, ölkəmizdə düzgün siyasət aparılır. Bu gün Azərbaycan ordusu istənilən hərbi vəzifəni icra edə bilər. Əlbəttə, bütün bu məsələləri həll etmək üçün bizim güclü iqtisadi potensialımız olmalıdır. Baxmayaraq ki, il ərzində neftin qiyməti 3-4 dəfə düşüb, lakin Azərbaycan inkişaf edir. İqtisadiyyatın əsas sahələri – sənaye və kənd təsərrüfatı artıb. Sənaye istehsalı 0,6 faiz, qeyri-neft sənayesi 2,4 faiz, kənd təsərrüfatı 3 faizdən bir qədər çox artıb. Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulur. İlin altı ayında 78 min daimi iş yeri açılıb. Güzəştli şərtlərlə verilən kreditlərin həcmi 1 milyard dolları ötüb.
2016-cı ilin birinci yarısında sosial məsələlərin həlli istiqamətində də çox ciddi addımlar atılmışdır. Ümumiyyətlə, 2016-cı ilin ötən dövründə bəzi ölkələrdə maaşlar, pensiyalar ixtisar edilib. Ancaq Azərbaycanda maaşlar, sosial müavinətlər və pensiyalar artıb. Bu il ölkəmizdə sosial mənzillərin inşasına başlanacaqdır. Burada əsas məqsəd aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir.
2016-cı il ölkəmizin tarixində dərin iqtisadi islahatlar ili kimi qalacaqdır. Həm maliyyə-bank sektorunda, həm də kənd təsərrüfatının, sənaye potensialımızın inkişafı ilə bağlı çox ciddi islahatlar aparılır. İxracın stimullaşdırılması, investisiya cəlb edilməsi üçün  çox böyük güzəştlər tətbiq olunur. Eyni zamanda, vergi sahəsində, xüsusilə gömrük sektorunda ciddi islahatlar aparılır. Bu il gömrük orqanlarından daxilolmalar plandan 17 faiz, vergi orqanlarında yığım plandan 2 faiz artıq təmin edilib. Yəni, bütün sahələrdə islahatlar dərinləşməlidir, şəffaflıq təmin edilməlidir, maliyyə nəzarəti daha da gücləndirilməlidir. Belə olan halda biz neftdən asılılığı aradan götürəcəyik. Məsələ belə qoyulub. Bir neçə il ərzində dövlət büdcəmiz, onun mütləq əksəriyyəti qeyri-neft sektoru hesabına təmin edilməlidir. İnsanlara daha çox imkanlar yaradılmalıdır ki, onlar özləri öz məşğulluğunu təmin etsinlər. Biz uzun illərdir ki, insanlara ünvanlı sosial yardım veririk. Bu imkandan yüz mindən çox ailə istifadə edir. Ancaq biz tədricən həmin aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir.  Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm ? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır, ona görə də dövlət qurumları şərait yaratmalıdır ki, tədricən ünvanlı sosial yardım əvəzinə hər bir insan özü üçün iş qursun.
2016-cı ilin birinci yarımili Qazax rayonu üçün uğurlu olmuşdur. 2016-cı ilin yerli gəlir və xərclərinin proqnozu  19670799 manat məbləğində müəyyənləşdirilmişdir. Büdcənin mədaxil hissəsinin 6614000 manatını yerli daxilolmalar, 13056799 manatını isə mərkəzləşdirilmiş xərclərdən alınacaq dotasiya təşkil etmişdir. Mədaxil hissədə yerli daxilolmalar 33,6 faiz, dotasiya isə 66,4 faiz olmuşdur. 2016-cı ilin birinci rübündə yerli daxilolmalar 2963072 manat proqnoza qarşı 3052392 manat və  ya  103,0 faiz yerinə yetirilərək büdcəyə  89320  manat çox vəsait mədaxil olmuşdur. Mərkəzləşdirilmiş xərclərdən alınası dotasiya 6605771 manat icra olunmuşdur.(108%) 2016-cı ilin 6 ayında yerli xərclər  98,14 faiz və ya 178366 manat az icra olunmuşdur. İcra zamanı ilk növbədə əmək haqqı və ona bərabər tutulan zəruri xərclərin ödənilməsinə üstünlük verilmişdir. Cəmi yerli xərclər 9569621 manata qarşı 9391255 manat yerinə yetirilmişdir.
Rayon ərazisində 7 özəl bank filialı, 1 özəl bank şöbəsi, 1 kredit ittifaqı və 4 bank olmayan kredit təşkilatı fəaliyyət göstərir. 2016-cı ilin 6 ayı ərzində əhaliyə 7178131 manat və 505346 ABŞ dolları kredit verilmişdir ki, bunun da  hamısı  qısamüddətlidir. Əhalidən 645138 manat və 539756 ABŞ dolları əmanət cəlb olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 382 nəfərlik iş yerinin açılması məqsədi ilə 24 layihə üzrə 7602500 manat kredit verilmişdir ki, bunun 15000 manatı yeyinti sənayesi, 211500 manatı kənd təsərrüfatı məhsulları istehsalı, 15000 manatı ağac emalı (mebel) və 7361000 manatı  isə tikinti materialları istehsalı sahələrinə ayrılmışdır.
Dövlət Sosial Müdafiə  Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və müavinətlərinin ödənilməsi üçün 2016-cı ilin 6 ayında ödəniş müəssisələrinə 13968400 manat vəsait köçürülmüşdür. Bu isə keçən ilin müvafiq dövrünə nisbətən 269000 manat çoxdur. Şöbədə 2016-cı ilin 6 ayında sosial sığorta  haqları  üzrə  yığım  proqnozu  90,6  faiz  yerinə   yetirilmişdir.  Bu göstərici büdcə təşkilatları üzrə 2033500  manat proqnoza qarşı  1918000 manat, yəni 94,3 faiz, qeyri büdcə təşkilatları üzrə 558400 manata qarşı 431000 manat olmaqla 77,1 faiz , hüquqi şəxslər üzrə 312600 manata qarşı 276600 manat olmaqla 88,4 faiz və sahibkarlıq fəaliyyəti ilə məşğul olan  fiziki şəxslər üzrə isə 225600 manata qarşı 150700 manat toplanmaqla 66,7 faiz yerinə yetirilmişdir.
2016-cı ilin birinci rübündə Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən  2643095  manat aylıq müavinət və birdəfəlik müavinət təyin edilmiş və ödənilmişdir. Ötən 6 ay ərzində Mərkəz tərəfindən 1466 ailəyə ünvanlı sosial yardım təyin edimiş, həmin ailələrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1362722 manat vəsait  ödənilmişdir.
Hesabat dövrü ərzində əhalinin elektrik enerjisi və təbii qaz yanacağı ilə təmin olunması sahəsində də müəyyən işlər görülmüşdür. 2016-cı ilin birinci rübündə Qazax Elektrik şəbəkəsi tərəfindən 10 kv hava xəttində 14,48 km, 0,4 kv hava xəttində 9,2 km uzunluğunda cari təmir işləri aparılmış, 318 ədəd yararsız dayaqlar yenisi ilə əvəz edilmiş və 332 ədəd transformator cari təmir olunaraq sxemaya qoşulmuşdur.  Əhali tərəfindən 296 yeni tikilmiş evlərə sayğaclar quraşdırılmış, 3,8 km uzunluğunda giriş  xətləri  çəkilmiş, 780 ədəd zədəli sayğaclar yeni elektron sayğaclarla əvəz edilmişdir. Daş Salahlı kəndində yerləşən “Avey” hərbi postuna 51 ədəd dayaq quraşdırılmaqla 3,5 km uzunluğunda xətt çəkilərək elektrik enerjisi verilmişdir. 35/10 Qazax-1 və 110/35/6 Daş Salahlı yarımstansiyasında yenidənqurma işləri aparılır. Qazax şəhəri və Ağköynək, Xanlıqlar, Birinci Şıxlı kəndlərində sipləşmə ilə əlaqədar 23 transformator quraşdırılmış, 28,9 km sip kabel çəkilərək 1507 ədəd dayaq quraşdırılmışdır. Hazırda sipləşmə işləri davam edir. 2016-ciı ilin axrınadak əlavə 25 ədəd müxtəlif güclərdə transformatorların quraşdırılması nəzərdə tutulmuşdur. Ötən dövrdə əhaliyə satılan enerjinin dəyəri 1049386 manat, toplanan vəsait isə 1016719 manat olmuşdur. Cəmi yığım 88,77 faiz, o cümlədən yerli əhali üzrə 96,89 faiz yerinə yetirilmişdir. Qazax rayonun bütün yaşayış məntəqələri təbii qazla təmin olunmuşdur. Rayon Qaz İstismar Sahəsi tərəfindən 6 ayda əhali abonentlərə satılmış qazın dəyəri 2264238 manat olmuş, 2011702 manat (88,85%) vəsait yığılmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 176072 manat az vəsait toplanmışdır. 
Qazax Telekommunikasiya Qovşağı  cari  ilin 6 ayında 2015-ci ilin 6 ayı ilə müqayisədə 31915 manat artıq vəsait toplayaraq planı  101 faiz yerinə yetirmişdir. 122 ədəd yeni telefon çəkilmiş, 51 ədəd telefon şəbəkəyə  bərpa olunmuşdur. Qazax Poçt filialı tərəfindən əhalidən enerji, qaz, su və telefon pulları qəbul edilərək aidiyyəti təşkilatların bank hesablarına köçürülmüş, plan tapşırıqları 124 faiz yerinə yetirilmişdir. Filial tərəfindən 310 ədəd bağlama qəbul edilmiş və 184 ədəd bağlama müxtəlif ünvanlara göndərilmişdir.
Qazax “Su Kanal” idarəsi tərəfindən 2016-cı ilin 6 ayında  5967 abonentə xidmət göstərilmiş və 194519 manat vəsait toplanmışdır. Bu isə satışın 101 faizini təşkil edir. Təşkilat tərəfindən 2 ədəd subartezian nasosu yenisi ilə əvəz olunub, 1 ədəd artezian nasosu, 3 ədəd su mühərriki və 1 ədəd su mühərrikinin nasos hissəsi əsaslı təmir olunmuşdur. Coğazçay-Qazax magistral su xəttində baş vermiş qəzalar nəticəsində D 530 mm-lik magistral su xəttinin 11 p/m hissəsi yenisi ilə əvəz olunmuş və Dəmirçilər kəndi ərazisində magistral xəttin çayın içərisindən keçən hissəsində 300 p/m su xəttinin alt hissəsi çınqılla doldurulub bərkidilmişdir.
Ölkə Prezidentinin tapşırığı əsasında işsizliyin aradan qaldırılması məqsədilə 2016-cı ilin fevral ayından abadlıq və quruculuq işlərinin aparılması məqsədilə Kommunal Müəssisələri Kombinatında 100 nəfər işlə təmin olunmuşdur. Qazax Mənzil İstismar Sahəsi tərəfindən balansında olan 19 çoxmənzilli binanın blok və fasadlarında təmir işlərinin yerinə yetirilməsi üçün 95 nəfər suvaqçı və rəngsaz işə qəbul edilmiş, hazırda həmin işlər yekunlaşmaq üzrədir. Mənzil İstismar Sahəsi ötən 6 ay ərzində iki binanın dam örtüyündə köhnə azbest şiferləri yeni metal kirəmitlərlə əvəz etmiş, vətəndaşlardan 100,2 faiz mənzil xidmət haqqı toplamışdır.
27 saylı Yol İstismar  idarəsi tərəfindən ötən dövr ərzində rayonun uzunluğu 7 km olan Cəfərli, uzunluğu 5 km olan Fərəhli kəndlərinin yollarına, həmçinin Məzəm və Çaylı kəndlərinin kənd daxili yollarına çınqıl döşənmişdir. Rayon ərazisindən keçən magistral avtomobil yolunda və  Yuxarı Salahlı – Kəmərli avtomobil yolunda yaranmış çalalar asfalt örtüyü ilə təmir olunmuş, Aslanbəyli kəndində bardurlar düzərək səkilərə asvalt örtüyü qoyulmuşdur.
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, 1 məktəb-lisey, 6 orta ümumtəhsil, 7 ibtidai məktəb və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Cari dərs ilində ümumtəhsil məktəblərində təhsil alan 11439 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1743 nəfər müəllim məşğul olmuşdur.  2016-cı ilin yanvar ayında keçirilən fənn olimpiadalarının  rayon turunda 308 nəfər şagird  iştirak etmişdir. Gəncə şəhərində  keçirilən  zona mərhələsində  yüksək yer tutmuş 2 nəfər şagird aprel ayında Bakı şəhərində keçirilən respublika turunda  iştirak etmişlər. Qazax şəhər Məktəb-liseyin XI sinif şagirdi Məmmədova Leyla Azərbaycan dili və Ədəbiyyat fənnindən II yeri tutmuşdur.  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü  il dönümü ilə əlaqədar olaraq rayonun IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev uşaqların gözü ilə” şagirdlərin təqdimatı işində Hüseynbəyli kənd tam orta məktəbinin X sinif şagirdi Zamanov İsmayıl birinci yeri tutumuşdur. 2015-2016-cı dərs ilində tam orta ümumtəhsil məktəblərinin 845 məzunu olmuş, onlardan 456 nəfəri ali təhsil müəssisələrinə qəbul üçün sənəd vermişdir. I və IV – qrupların qəbul imtahanlarında 200-ə yaxın məzunu iştirak etmişdir ki, onlardan Canalı kənd tam orta məktəbin məzunu İsmayılova Səbinə Emil qızı 700 bal,  6 nəfər abiturient isə 600-dən yuxarı bal toplamışlar.
Rayon Mədəniyyət və Turizm şöbəsi 2016-cı ilin 6 ayında rayonda bayram konsertləri, şənliklər keçirmiş, əlamətdar günlər münasibətilə 45 mədəni-kütləvi tədbirlər təşkil etmişdir.  
Rayonun səhiyyə müəssisələrində ambulator gəlişlərin sayı 82700 nəfər olmuş, 4393 nəfər isə labarator, flüoqrafik və  rentgen müayinəsindən keçirilmişdir. 6 ay ərzində 145 nəfər şəkərli diabet, 23 nəfər vərəm, 52 nəfər onkoloji xəstə aşkar edilərək dispanser qeydiyyata götürülmüşdür. Dövlət başçısı İlham Əliyev cənablarının tapşırığına əsasən ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla yerinə yetirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı aparatında yaradılmış komissiyanın əhali arasında apardığı təbliğat, təşviqat və məlumatlandırma işlərinin nəticəsidir ki, əhali aksiyada mütəşəkkil sürətdə iştirak etmişdir. Müayinə nəticəsində 3018 nəfərə ambulator, 246 nəfərə stasionar müalicə kursu təyin olunmuş, 43 nəfər isə Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Qazax  Müalicə Diaqnostika Mərkəzinə  6 ay ərzində 13383 ambulator gəliş  olmuş, cərrahiyyə şöbəsinə 464 xəstə daxil olub, 368 cərrahi əməliyyat aparılıb. Hemodializ şöbəsində 87 xəstəyə 4091 hemodializ seanslar tətbiq olunmuşdur.
Rayon Gənclər və İdman idarəsi tərəfindən 2016-cı ilin 6 ayında gənclərlə iş sahəsi üzrə 12, bədən tərbiyəsı və idman sahəsi üzrə 19 tədbir keçirilmişdir. Keçirilən tədbirlərdə gənclərin bütün təbəqələri təmsil olunmaqla 2883 nəfər yeniyetmə və gənc iştirak etmişdir. Hesabat dövründə beynəlxalq yarışlarda 12, Respublika yarışlarında 50 nəfər idmançımız mükafata layiq yerlər tutmuşdur.
2016-cı ilin ötən dövründə rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 13200000 manat , ümumi məhsul buraxılışının həcmi  68608000 manat olmuşdur ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 7015000 manat keçən ilə nisbətən  0,5 faiz çox, kənd təsərrüfatı məhsullarının həcmi 21935000 manat 2015-ci ilə nisbətən 2,9 faiz çox olmuşdur. Adambaşına düşən ümumi məhsulun həcmi 724 manat, orta aylıq əmək haqqı 265 manat olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Ötən 6 ay ərzində 10 yeni müəssisə yaradılmışdır. Rayon üzrə 218-i daimi olmaqla 1060 yeni iş yeri açılmışdır. 2016-cı ilin 6 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 9 dövlət və 7 qeyri – dövlət müəssisələrindən 284 boş iş yeri təqdim edilmiş, müraciət etmiş 1775 nəfər vətəndaşlardan 862 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 634 nəfər münasib işlə təmin olunmuşdur.
Rayonda təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu  kimi  2016-cı ilin 6 ayında da  davam  etdirilmişdir. Kənd Təsərrüfatı idarəsi üçün inşa edilən iki mərtəbəli, mansardlı binanın tikintisi başa  çatdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə Qazax şəhərində müasir tələblərə cavab verən “Tarix -Diyarşünaslıq” muzeyinin tikintisi davam etdirilir.
Respublika Prezidentinin Sərəncamına uyğun olaraq  2015-ci ildə qazılmış 9 ədəd subartezian quyuları  yaxın vaxtlarda istifadəyə veriləcəkdir.  2016-cı ildə 5 ədəd qazılacaq subarteian quyularının əraziləri müəyyənləşdirilmiş, hazırda layihələndrimə işləri aparılır. Bundan əlavə daha 5 ədəd subartezian quyularının qazılması nəzərdə tutulmuşdur.
Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni qəsəbənin tikintisi başa çatdırılmış və məcburi köçkün ailələri həmin  binalara köçürülmüşlər. Yuxarı Salahlı kənd tam orta məktəbdə əsaslı təmir və uzunluğu 10 km olan Qazax-Kosalar avtomobil yolunun tikinti işlərinə başlanılmışdır.
Rayonun Birinci şıxlı kəndində 220 başlıq heyvandarlıq fermasının tikintisi başa çatmış, 25 nəfər işlə təmin olunmuşdur.
Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 3 mart  2015-ci il tarixli 77s saylı Sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə fərdi yaşayış evlərinin bütün infrastrukturlarla birlikdə tikilməsi məqsədilə sənədləşmə işləri aparılır.
Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 30 dekabr  2012-ci il tarixli 374s saylı sərəncamına uyğun olaraq köhnə Mərkəzi Rayon xəstəxanasının yerində yeni 145 çarpaylıq Mərkəzi Rayon Xəstəxana Kompleksinin tikintisinə başlanılmışdır. Hələlik müvəqqəti olaraq işlər dayandırılmışdır. Yaxın vaxtlarda işlərə başlanılacaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün fərdi qaydada tikilməsi nəzərəd tutulmuş 14 yaşayış evindən 8 yaşayış evi  istifadəyə verilmiş, 6 yaşayış evlərinin tikintisi davam etdirilir.
Dövlət Proqramına uyğun olaraq Qazax şəhərində  tikintisi nəzərdə tutulmuş 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmış və baxılmaq üçün Fövqəladə Hallar Nazirliyinin Ekspertiza şöbəsinə göndərilmişdir.
Yaxın vaxtlarda Qazax şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılması nəzərdə tutulmuşdur.
Qazax şəhərində Şəhidlər Xiyabanı qəbristanlığında abadlıq-bərpa işləri aparılmış, belə ki, 500 m2–dən çox döşəmə tamamilə dəyişdirilmiş, qəbir daşları və divarlar şilfovka edilmiş, çökmüş qəbirlər bərpa olunmuş, 400 m2  sahəyə qazon otu əkilmiş, Şəhidlər bulağına su xətti çəkilərək  Xiyabanın yolu təmir olunmuşdur. Şəhər ərazisində olan bütün şəhid bulaqlarında təmir işləri aparılmışdır. Həmçinin rayonun Yuxarı Salahlı kəndində Şəhidlər Xiyabanında təmir işləri davam edir.
Rayonun girişində olan Obeliskin ətrafında yenidənqurma və abadlıq işləri aparılaraq şəbəkələr qurulmuş,  5000 m2 sayəyə qazon otu döşənmiş, həmin ərazinin suvarılması üçün su xətti çəkilmiş və işıqlanma sistemi qurulmuşdur. Hazırda işlər davam etdirilir.
Bundan əlavə Bayraq meydanında və Nərimanov qəsəbəsindəki dairəvi yolda  yenidənqurma işlərinə başlanılmışdır. Hazırda işlər davam edir.   
Rayon ərazisində olan 10 ədəd çoxmənzilli yaşayış evlərinin həyətlərinə 6000 m2-dən artıq asfalt örtüyü çəkilmişdir. Heydər Əliyev prospekti boyunca çalaların təmir olunmasına və həyətlərin giriş hissəsinə 50 tona yaxın  asfalt örtüyü qoyulmuşdur.
Şəhərin prospekt və küçələrində olan 19 yaşayış evinin dam örtüyü dəyişdirilərək 3000 m2 -ə yaxın dəmir kirəmit vurulmuş, 220 m2 – ə yaxın hasar hörülmüş və 1800 m2 evlərin fasad hissələrində və hasarlarda suvaq işləri aparılmışdır.
Qazax şəhərinin prospekt və küçələrində yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri davam etdirilir.
Rayonun kənd  yaşayış məntəqələrində 53 km uzunluğunda  kənd daxili yollara qum-çınqıl döşənmiş, bu istiqamətdə işlər davam edir.
Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir.
Bərpa Agentliyi tərəfindən Bala Cəfərli və Məzəm kəndlərində dinc əhalinin təhlükəsizliyinin təmin etmək məqsədilə 428 p/m istinad divarlarının inşası başa çatmışdır.
Bundan əlavə daxili imkanlar hesabına Məzəm kəndində birinci mərhələdə 8 ailənin həyətində ümumi uzunluğu 215 m olmaqla,  825 m2 istinad divarı çəkilmişdir. İkinci mərhələ tikinti işlərinə başlanılmış hazırda işlər davam edir.
Quşçu Ayrım kəndini əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələrinin hörülməsi üçün kənd sakinlərinə tikinti materialları verilmişdir.
Bala Cəfərli və Xanlıqlar kəndlərinin hər birində bir imkansız ailə üçün yaşayış evinin tikintisi başa çatdırılmışdır. Quşçu Ayrım və Ürkməzli kəndlərinin hər birində bir Şəhid ailəsi və Dəmirçilər  kəndində bir Qarabağ müharibəsi əlilinin evlərində əsaslı təmir və əlavə tikinti işlərinə başlanılmışdır. Hazırda işlər davam etdirilir.
Qazax Sement zavodunun ikinci hissədə klinker istehsalı üzrə tikinti işləri davam etdirilir. 
Hər  birinin illik istehsal gücü 50 min ton olan “Mətanət A” şirkəti tərəfindən Daş Salahlı kəndində və “Carçıoğlu” şirkəti tərəfindən Xanlıqlar kəndində  2 yeni əhəng zavodlarının tikintisi davam edir. Həmin zavodlarda 450-yə yaxın  yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. 
Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermalarının tikintisi işləri davam etdirilir.
Qaymaqlı kəndində fəaliyyət göstərən fermada lizinq yolu ilə gətirilmiş 75 baş düyədən 76 buzov alınmış, hazırda təsərrüfatda əlavə tikinti işləri davam edir, daha 100 baş cins düyələrin gətirilməsi istiqamətində danışıqlar aparılır.
2016-cı ilin birinci rübü ərzində rayonda ağac əkini davam etdirilmiş, əkilmiş 138500 ədəd ağacın 30000 ədədi Bakı-Qırmızı körpü magistral avtomobil yolunun Qazax rayonu ərazisindən keçən hissəsində əkilmişdir. Əkilmiş ağaclara aqrotexniki qulluq işləri göstərilir. 
20000 ədəd müxtəlif növ ağaclar və 60000 ədəd gül kolları park və xiyabanlarda əkilmişdir. 
2016-cı ilin birinci rübü ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədi ilə də bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.
Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı MMC-də tikinti işlərinə başlanılmış, 40 nəfər mövsümi işlə təmin olunmuşdur.
Kənd təsərrüfatı bitkilərinin normal suvarma suyu ilə təmin etmək məqsədi ilə  Qazax Suvarma Sistemləri İdarəsi və Melioserviz İdarəsi tərəfindən plana uyğun  olaraq  arxlarda 340 min m3 lildən təmizləmə işləri aparılmışdır. 2016-cı ilin məhsulu üçün 7799 hektar sahəyə taxıl səpilmişdir ki, bu da ötən ildən 2240 hektar çoxdur. Biçin başa çatmışdır, hektardan ümumi orta məhsuldarlıq 30,4 sentner, buğda 34 sentnerə yaxın olmuşdur. 23710 ton məhsul götürülmüşdür ki, bu da 2015-ci illlə müqayisədə 5493 ton artıqdır. 2016-cı ilin birinci yarımilində əkinə yararlı torpaq sahəsinin 14897 hektarı əkin altında olmuşdur ki, bundan 5559 ha buğda, 2240 ha arpa, 5668 ha yonca, 433 ha kartof, 127,5 ha  yazlıq dənlilər, 43,5 ha tərəvəz, 34,5 ha bostan,46,5 ha günəbaxan və sair əkilmişdir. 
2016-cı ildə rayonda 1502 kq barama istehsal edilmiş və 10 hektar sahəyə tütün əkilmişdir.
Bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. Süni yolla mayalandırılmış heyvanlardan 128 baş bala alınmışdır. Heyvandarlıq sahəsində zoobaytar tədbirlərinin planlı surətdə həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı dinamik surətdə artmaqdadır. Qazax rayonu Baytarlıq idarəsi tərəfindən 2016-cı ilin 6 ayında epizootik, müalicə-profilaktik tədbirlər planına uyğun olaraq 30111 baş iri buynuzlu və 1757 baş  təkdırnaqlılar, 136970 baş xırda buynuzlu heyvanlar qarayara, 57840 baş iri buynuzlu heyvanlar, 92757 baş xırda buynuzlu heyvanlar dabaq,  5806 baş sahibli ev itləri quduzluq xəstəliyinə qarşı peyvənd edilmişdir. Həmçinin 245650 baş körpə ev quşları taun xəstəliyinə qarşı La-Sota ilə peyvənd olunmuşlar.
2016-cı ilin 6 ayı ərzində Rayon İcra Hakimiyyətinə 661 müraciət daxil olmuşdur. Müraciətlərdən 173-ü Prezidentin Administrasiyasına, 15-i Milli Məclisə, 11-i Nazirlər Kabinetinə, 33-ü respublikanın digər təşkilatlarına, 429-u isə bilavasitə İcra Hakimiyyətinə ünvanlanan müraciətlərdir. Daxil olan müraciətlərin təhlili göstərir ki, müraciətlərin 35 faizi mərkəzi orqanlardan, 65 faizi isə vətəndaşlar tərəfindən daxil olmuşdur. Daxil olan müraciətlərin 18 faizi müsbət həll olunmuş, 4,3 faizi qismən həll olunmuş, 0,1 faizi əsassız sayılmış, 65,3 faizinə müvafiq izahat verilmiş, 12,3  faizi isə hazırda icradadır.
2016-cı  ilin 6 ayı ərzində Qazax RİH başçısı tərəfindən 23 səyyar görüş-qəbullar keçirilmişdir. Həmin görüşlərdə iştirak edənlərin sayı 7844 nəfər, müraciət edənlərin sayı 250 nəfər olmaqla 177  təklif irəli sürülmüşdür. Qaldırılan problemlər və təkliflərdən 79-u icra edilmiş, 1 məsələyə dair işə başlanmış, 2 məsələ üzrə işlər davam edir, 95 təklif ilə əlaqədar isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.  Qazax rayonu Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov və Qazax Elektrik şəbəkəsinin rəisi Elşad Məmmədov hesabat dövründə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışmışlar.
Tədbirə Rayon İcra Hakmiyyətini başçısı cənab Rəcəb Babaşov yekun vuraraq bildirmişdir ki, biz bundan sonra da Dövlət Proqramının icra olunmasında hər birimiz daha məsuliyyətlə çalışmalıyıq və verilən tapşırıqların yerinə yetirilməsində fəal iştirak etməliyik.

Millixəbər.az 


[images cols=”five” lightbox=”true”]
[image link=”35752″ image=”35752″]
[image link=”35753″ image=”35753″]
[image link=”35754″ image=”35754″]
[image link=”35755″ image=”35755″]
[/images]

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

3 × five =