Məhrux Cəmalova:27 illik həsrətdən sonra CƏBRAYILIN AZAD EDİLMƏSİ ARZULARIMIZI ÇİN ETDİ

0

Cəbrayılın azad olma xəbərini sevinc göz yaşları ilə qarşaladıq… 

Millixəbər. az-ın əməkdaşları “Qarabağ Azərbaycandır” rubrikası çərçivəsində Abşeron rayonu Xırdalan şəhər 3 Saylı Tam Orta Məktəb-liseyin təşkilatçısı Məhrux Cəmalova ilə həmsöhbət olublar.

Məhrux müəllimə xoşbəxtlikdən müsahibəmiz 9 Noyabr milli qurur mənbəyi kimi qəbul etdiyimiz,dəyərləndirdiyimiz ən xalqımızın ən əziz bayramlardan biri olan Bayraq gününə təsadüf etdiyi üçün istərdik ilk öncə Bayaraq günü ilə bağlı fikrilərinizi bildirəsiniz?

Diqqət göstərib müsahibə etdiyinizə görə təşəkkür edirəm. Doğrudanda bu gün çox gözəl əlamətdar gündür. Bayram, bayrama qarışıb ölkəmiz Azərbaycanın mədəniyyət beşiyi ŞUŞA şəhərinin 28 ildən sonra işğaldan azad edilməsini bayram əhval ruhiyyəsində qeyd edir.
Hər zaman məktəbdə keçirdiyimiz tədbirlərdə çıxış edərkən üç rəngli bayrağımıza diqqət çəkərək deyərdim ki, torpaqlarımız azad edildikdən sonra üç rəngli bayrağımız ən yüksək zirvələrdə dalğalanacaqdır. İndi Bayrağımız ŞUŞA başda olmaqla işğaldan azad edilən bütün ərazilərimizdə dalğalanır.Buna hər birimz çox sevinir və qürur duyuruq.

Bildiyimizə görə siz Cəbrayıl rayonunda dünyaya göz açmısınız, orada təhsil almısınız, Cəbrayıl yaddaşınızda necə qalıb?

Bəli doğru dediniz mən Cəbrayıl rayonun Soltanlı Kəndində dünyaya gəlmişəm,uşaqlığım orada keçib,orta təhsilimi də elə həmin kəndin Dirili Aşıq Qurbani adına Soltanlı Kənd Orta Məktəbində almışam.1993-cü ildən bədnam erməni qəsibkarları tərəfindən Cəbrayıl rayonu işğal edildikdən sonra biz məcburu köçkün olaraq Bakıya gəlməli olduq.

Hər zaman Cəbrayıllı olmağımla qürur duymuşam ona görəki, doğulub boya-başa çatdığım Cəbrayıl rayonun Soltanlı kəndi özünün çox hörmətli ziyalıları ilə məşhur olan, Azərbaycanın elm və təhsilinə töhvələr verən bir kəntdənəm. Bu kənd Azərbaycanın Milli enskolopediyasına düşmüş bir kəntdir.Eyni zamanda, rəsmi olaraq Soltanlı Alimlər kəndi kimi tanılır.
Kəndimiz Araz çayının kənarında, XÜDAFƏRİN körpüsünə çox yaxın bir ərazidə yerləşir.Mənim uşaqlığım, gəncliyim o kəndə keçib. Oraları görmək üçün qanadım olsa uçaram.Övladlarıma söz vermişəm ki, gediş-gəliş tam bərpa edildikdən sonra onları doğma kəndimizə, XÜDAFƏRİN körpüsünə aparacam, evimizin yerini göstərəcəm.
4 oktiyabr tarixində Cəbrayılın azad olma xəbərini sevinc göz yaşları ilə qarşaladıq.Öz ölkəmizdə məcburi köçkün həyatını yaşamaq çox çətin və dözülməz bir hisdir. Məhs 27 ildən sonra vətən hərətinə qoyulması hər bir Cəbrayıllının qəlbini fərəhləndirdi,ruhlandırdı.Qələbə xəbərinin sabahı işə gedəndə yol üstü bir tort alıb məktəbə apardım. O zaman, həmdə 5 Oktyabr müəllimlərin peşə bayramı gününə təsadüf etmişdi.İş yoldaşlarım soruşduqda bu şirinlik nə münasibətlədir.Dedim doğma, əziz,canımdan çox sevdiyim, hər qarış torpağı ilə nəfəs aldığım Cəbrayılımızın işğalçılardan azad edilməsi ilə bağlı almışam, sevicimi sizinlə belə paylaşmaq istədim. Bundan sonra təbrik-təbrikə qarışdı,sevinc-sevincə…

Ümumiyyətlə, təşkilatçı olaraq çalışdığınız məktəbdə hansı işlər həyata keçirirsiniz?

Mətəbimizdə təşkilatçı olmaqla yanaşı ixtisasca tarix müəllimi olduğum üçün daima şagirdlərimizə Azərbaycan tarixinin bütün icəliklərini sevə-sevə öyrətməkdən mənəvi zövq alıram.Bununla yanaşı Milli Qəhrəmanlarımız haqında, işğal altından azad edilmiş rayonlarımızın işğal edilmə tarixlərini dərindən öyrədir və işğala məruz qalmış rayonların tarixi və bu günü haqqında geniş mükənənməl məlumatlar veririk.

Covid-19 Pandemiyadan əvvəl mütəmadi olaraq məktəbimizdə bir-birindən gözəl, yüksək səviyyəli tədbirlər təşkil edərək keçirmişik. Onu da qeyd edim ki, mənim çalışdığım Xırdalan 3 saylı məktəb Qarabağ müharibəsində Şəhid olmuş Bəxtiyar Cəfərovun adını daşıyır.


Məktəbimizdə təhsil alan şagirdlərimizə vətənpərvərlik ruhunun artırılması və yüksək səviyyədə aşılanması məqsədi ilə hər il ənənəvi Qazilərlə görüşlər təşkil edirik,tədbirlərimizdə iştirak edən qazilər keçdikləri döyüş yollarından ağız -dolusu danışıraq şagirdlərdə vətənpərvərlik əzmini daha da artırırlar.
Onuda xüsusi olaraq qeyd edim ki, Xıralan şəhrər 3 saylı məktəb rayon üzrə ən şox Şəhid məzunu olan məktəbdir.Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 18 məzunumuz Şəhidlik zirvəsinə ucalmışdır.


Onu da bildirimki, hər il biz məktəbimizin direktoru Sevinc xanım Məmmədəliyeva başda olmaqla məzun Şəhidlərimizin doğum və anım günlərində onların ailələrinə baş çəkərək dərdlərinə şərik oluruq.Bunu etməyi özümüzə mənəvi borc hesab edirik. Bir sözlə, tarixi əlamətdar günlərlə yanaşı keçirdiyimiz bütün tədbirlər ən yüksək səviyyədə,zövqlə,diqqətlə hazırlanır. Əzimkarlıq və fədakarlıqla həyata keçidiyimiz tədbirlərimiz bura gələn əziz və hörmətli qonaqların zövqünə oxşayır.


İnanırıq ki, dünyanı bürüyən koronavirus xəstəliyi tezliklə yox olacaq, yenədə gözəl milli,nənəvi, vətənpərvər əhval-ruhiyədə tədbirlərimizi budan sonrada uğurla davam etdirəcəyik.


Onuda qeyd edim ki, hazırki qələbə əldə etdiyimiz vətən müharibəsi dövründə təşkilatçı müəllim olmaqla bərabər,bizimdə fəal iştirakımızla vətətənsevər valideynlərimizlə birlikdə imkanımız daxilində milli ordumuza kömək məqsədi ilə əsgərlərimizə isti geyim və qidalar alıb təşkil edərək ön cəbhədə gecə-gündüz xidmət edən, bizi qoruyan əsgər balarımıza payladıq.Bu cür mənəvi, xeyirxah işləri görmək peşəsindən asılı olmayaraq hər birimizin vətəndaşlıq borcudur.
Bir daha Uğurlu zəfər dolu Qələbələri bizlərə bəxş edən Ali Baş Komandan başda olmaqla müzəffər ordumuza dərin minnətdarlığımızı bildiririk.
Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralılarımıza tezliklə şəfa taparaq sağalmalarını arzu edirəm.
Yaşasın Ali Baş Komandan möhtərəm Prezidentimiz İlham Əliyev
Yaşasın rəşadətli ordumuz
Yaşasın Azərbaycan xalqı
#Qarabağ bizimdir!

Millixeber.az Zamin Zeynal

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

12 + 20 =