Millixəbər.az-ın məlumatına görə “Ümumdünya kitab günü ilə bağlı Bakı şəhəri 5 N-li tam orta məktəbdə Azərbaycan yazıçılar Birliyinin üzvü ,uşaq ədəbiyyatına maraq göstərən yazar Reyhan Yusifqızı və 2014-cü ildə Respublikamızda ilk dəfə N.K. Anderson mükafatı və Qızıl medalına namizəd uşaq şerləri müəllifi ,şairə Sevinc Nuriqızı ilə maraqlı görüş keçirildi. Görüşdə yazıçı Reyhan Yusifqızı qonağı olduğu məktəbin məzunu , həmçinin hal-hazırda təqaüddə olan Alyə müəllimin vaxtilə şagirdi olmağından məmmnunluq hissi duyduğunu söylədi. Görüşdə şagirdlər qonaqların müəllifləri olduqları serlərdən parçalar səyləyib , eyni adlı “Mənim sevimli ktablarım” serinə parodiyalar nümayiş etdirdilər. Görüş öncəsi qonaqlar şagirdlərin nağıl qəhrəmanlarına həsr etdikləri rəsmləri seyr edib,daha sonra məktəb kitabxanasına öz kitablarını da hədiyyə etdilər.
Millixəbər.az