53 yaşlı qadın qızı tərəfindən döyülüb.

0

Bakının Nərimanov rayonunda 53 yaşlı qadın qızı tərəfindən döyülüb.

Millixəbər.az oxu.az-a istinadən  xəbər verir ki, hadisə rayonun Rufulla Axundov küçəsində baş verib. 1966-cı il təvəllüdlü Əkbərova Məhbubə Allahyar qızı öz qızı, Arzu adlı xanım tərəfindən döyülüb. Zərərçəkən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qızı tərəfindən döyülüb küçəyə atılan ana Nəsimi Rayon Mənzil Kommunal İstehsalat Birliyində süpürgəçi işləyir.

3 gündür küçədə gecələyən Məhbubə Əkbərovanın bildirdiyinə görə, mənzil məsələsinə görə qızı onu döyərək təhqir edib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində istintaq işi açılıb, araşdırma aparılır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

20 − 10 =