“54 yaşında ata olmaq, hər kişinin işi deyil”

0

“Şou ATV” proqramının qonaqları Əməkdar artist Teymur Mustafayev, müğənnilər Manaf Ağayev və Tacir Şahmalıoğlu olub.

Axşam.az xəbər verir ki, Taciri studiyaya Manaf dəvət edib. Lakin onun təqdimatı sosial mediada müzakirə yaradıb.

“Canavarı dəvət edək. Əjdahadır. 54 yaşında o işi görmək, hər kişinin işi deyil. Ağır işdir o. Bu gün Şahmalıoğlu deməyin. Canavar Tacir deyin, xahiş edirəm. Bu gün o, yuxuludur, ağır iş görüb”.

Mustafayev isə müğənninin ata olmasından xəbərsiz olduğunu deyib:

“Nə qədər artırırsan, artır, dayanma. Mən indi xəbərdar olmuşam. Sevincimin həddi-hüdudu yoxdur”.

Tacir isə yeni doğulan oğlunun adının Ömür olduğunu söyləyib:

“Hər dəqiqə onun yolunu gözləyirik ki, gəlsin. Gəlib, özü də yaman gəlib”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

14 − 5 =