41 şəhər və rayonun su təchizatı yaxşılaşdırılır – SƏRƏNCAM

0

Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Millixəbər.az xəbər verir ki müvafiq sənədi AZƏRTAC dərc edib.

Sərəncama əsasən, əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 2019-cu ildə 300 subartezian quyusunun layihələndirilməsini və qazılmasını təmin etmək məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 21 milyon manatı ayrılıb.

Maliyyə Nazirliyi sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × two =