Səkinə Babayeva:”Fəal qadın hərəkatında əsl DİRÇƏLİŞ Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır”

0

Ulu öndər Heydər Əliyevə qədər Azərbaycan qadınını böyük işlərə ruhlandıran, onları dövlət idarəçiliyinə cəlb edən ikinci bir dövlət başçısı olmayıb.“Biz qadınlar bugünkü mövqeyimizə görə ulu öndər Heydər Əliyevə borcluyuq”, Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına Birinci Xanım ənənələrini də gətirmişdir.Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirirdi.Bu fikirləri Millixəbər.az-a “Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınlarının ictimai-siyasi həyatda rolu” mövzusunda etdiyimiz müsahibədə Azərbaycanda Qadın Sahibkarlar Assosiasiyasının idarə heyətinin sədri, “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva  deyib.

-Səkinə xanım Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadınlarının ictimai-siyasi həyatda rolu və bu yöndə tarixi əhəmiyyətli faəliyyəti haqqında ictimai-siyasi fəal Azərbaycan qadını olaraq fikirlərinizi bilmək istərdik…

Azərbaycan xalqının böyük oğlu respublikamızda hakimiyyətə 14 iyul 1969–cu ildə gəlmişdir. Həmin gün qüdrətli dövlətin, milli intibahın, sosial tərəqqinin, mənəvi yüksəlişin əsası müəyyənləşmişdir. 1969–cu ildə keçmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi plenumunun iclasında ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə seçilməsi respublikamızın tarixində yeni siyasi mərhələnin başlanğıcı olmuşdur. Dahi lider ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərmişdir.

“Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də, bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm”. Ulu öndər Heydər Əliyevə qədər Azərbaycan qadınını böyük işlərə ruhlandıran, onları dövlət idarəçiliyinə cəlb edən ikinci bir dövlət başçısı olmayıb. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib. – Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına Birinci Xanım ənənələrini də gətirmişdir. Əslində nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamında isə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.

O, həm rəsmi bir şəxs, həm Azərbaycanın milli dəyərlərinin davamçısı, həm də bir saylı xeyriyyəçi kimi bütün layihələrində müqəddəs analığın xidmətindədir. Ulu öndər Heydər Əliyevin ideyaları, inkişaf və tərəqqi xətti bu gün də bir mayak kimi xalqımızın yoluna nur saçır, gələcəyimizi müəyyənləşdirir. Azərbaycan qadını öz əzəli funksiyası olan analıq vəzifəsini və borcunu da şərəflə yerinə yetirir, Vətən üçün milli-mənəvi dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən övladlar tərbiyə edib yetişdirirlər. Bu  günündə fəxrlə qeyd etmək xüsusilə ona görə xoşdur ki, həmişə olduğu kimi, indi də qadınlar cəmiyyətimizdə hörmət və izzət sahibidirlər, onlara Dövlətimiz tərəfindən böyük diqqət və qayğı vardır. Qadınlar bugünkü mövqeyinə görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə borcludurlar. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycanın qadın hərəkatında yeni mərhələ, nəzərə çarpacaq yüksəliş, fəallıq və təşkilatlanma mərhələsi başlanmışdır. 1993-cü ilin ortalarından üzübəri Azərbaycan qadını müdrik xalq rəhbərinin ardıcıl və məqsədyönlü səyi, prinsipial diqqət və qayğısı sayəsində cəmiyyətdə durmadan yüksəlir, ictimai-siyasi həyatda öz layiqli yerini tapır və liderləşir. Indi artıq reallığa çevrilmiş fəal qadın hərəkatı əsl dirçəliş yoluna 1994-cü ildən qədəm qoymuşdur. Bu dirçəliş bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, həmin ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev Pekində keçiriləcək IV Dünya Qadın Konfransına hazırlıqla əlaqədar milli komitə yaradılması haqqında fərman imzaladı. Bu fərman respublika qadın cəmiyyətinin formalaşmasına və yaradıcı axtarışlar aparmasına güclü təkan verdi. Milli Komitə müxtəlif tədbirlər həyata keçirərək IV Dünya Qadın Konfransına olduqca məzmunlu və ümummilli dəyər daşıyan məruzə hazırladı. Azərbaycan qadınları bu konfransda ləyaqətlə təmsil olundu. Müasir qadın hərəkatının Azərbaycanda canlanmasında mühüm əhəmiyyətə malik olan növbəti mütərəqqi addım 1995-ci ilin iyun ayında ölkəmizin BMT-nin ”Qadınlara münasibətdə hər cür ayrı-seçkilyin ləğv edilməsi haqqında” Konvensiyasına qoşulması oldu. Bu Konvensiyaya qoşulmaqla respublikamız öz üzərinə müvafiq öhdəliklər götürdü. Ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyev tərəfindən 1998-ci ildə yaradılmış “Qadın problemləri üzrə Dövlət Komitəsi”nin səlahiyyətləri genişləndirilərək “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” yaradıldı. Bu qurum qeyd olunan istiqamətlərdə aparılan məqsədyönlü işlərin sürətlə həyata keçirilməsində müstəsna rol oynayır. Birmənalı şəkildə demək olar ki, bu gün Azərbaycanda gender bərabərliyinin təminatına dövlət qayğısı yüksək səviyyədədir. 2006-cı ildə Azərbaycanın qanunverici orqanında gender bərabərliyi haqqında qanun qəbul olunmuşdur. 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilmişdir. Gender bərabərliyi bilavasitə cəmiyyətdə kişi və qadın bərabərliyinin təmin olunmasına xidmət edirsə, məişət zorakılığı ilə bağlı qanun müəyyən stereotiplərin qarşısının alınmasında əhəmiyyətli rola malikdir. Həmin qanunların təsdiqi, onların həyata keçirilməsi cəmiyyətdə mövcud olan streotiplərin aradan qalxmasına böyük imkanlar yaradır. Bu gün qadınlar ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar. Bu fakt da dövlətin qadınlara göstərdiyi diqqətin bariz nümunəsidir. “Biz qadınlar bugünkü mövqeyimizə görə ulu öndər Heydər Əliyevə borcluyuq” Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev dahi şəxsiyyətin siyasətini uğurla davam etdirir.

Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

12 + 3 =