Ali Baş Komandanla Milli Ordumuz Bayraq bayramında ŞUŞANI bizə HƏDİYYƏ ETDİ

0

Bu günkü milli birliyimiz,dövlət,ordu və xalq vəhdəti düşmənin bağrına sancılan MİSRİ qılıncdır.

Millixəbər. az-ın əməkdaşları “Qarabağ Azərbaycandır” rubrikası çərçivəsində Abşeron rayonu Xıdalan şəhər 7 saylı Tam Orta Məktəbin pisxoluqu Xanım İsmayılzadə ilə həmsöhbət olublar.
Vətənpərvər ruhlu Xanım müəllimə arzu və dilləklərini Millixəbər. az-a danışıb.

Bu gün köksü Vətən eşqi ilə qabaran,dili ancaq”Qarabağ Azərbaycandır!”-deyən hər bir azəri türkü kimi mən də bütün diqqətimi və enerjimi xalqımın və Milli Ordumun mübarizəsinə dəstək olmağa yönəltmişəm.Məktəb psixoloqu kimi məktəbəqədər və məktəbyaşlı balalarımızın vətənpərvərlik hisslərinin dərinləşməsinə və onların da bu mübarizədə yer almasını təşkil etmək məqsədilə “Ordumuza məktəbli dəstəyi”layihəsinə başlamışam.Pandemiya şəraitinə görə şagirdlərimiz evlərində çəkiliş etdirməyə məcburdurlar.Valideynlər göndərdiyim şeirləri uşaqlara öyrədir və çəkib mənə göndərirlər.Layihədə mahnı,rəsm janrları da yer alıb.You tube şəbəkəsində Xanbanu kanalım fəaliyyət göstərir.Layihə həmin kanalda təqdim edilir,sonra Facebook şəbəkəsində yayımlanır.Kanal 5 il əvvəl açılıb.Birada “Insana qiymət”proqramında həyatda sözünü demiş və özünü təsdiq etmiş müxtəlif peşə sahibləri haqqında süjetlər çəkilib yerləşdirilir.Bilirsiniz,insan həmişə gərəkli olduğunu hiss etməlidir.Bu onun həyata əsas motivasiyasıdır.Hər birimizin gündə heç olmasa bir dəfə “Nə yaxşı ki sən varsan!” sehrli müraciətinə ehtiyacı var.”Insana qiymət”proqramı da bu amala xidmət edir. C.Novruzun təbirincə desək, sağlığında qiymət verək insanlara…

Çox istərdim bu an yanınızda olum.

Əgər gərəyiniz ola bilərəmsə,çağırın məni…Ananızı əvəz edə bilərəmsə,səsləyin məni…Uça-uça gələrəm,sevinə-sevinə qoşularam cərgənizə..Təki bir Vətən övladı kimi mən də öz borcumu ödəyim.Sizin silah tutan əllərinizə qüvvət olum,minalı torpaqlarda gəzən ayaqlarınıza bələdçi olum,gözlərinizə nur,yağı üstünə gedərkən hayqıran səslərinizə güc olum.

Oğlum hərbi xidmət keçir.Amma canı döyüşən ordunun hər bir əsgərinin yanındadır.Onun da əvəzindən sizin hər birinizə ANA SEVGİSİ ilə SİPƏR olmaq,ANA QÜDRƏTİ ilə ARXA olmaq üçün haraylayın məni.Inanıram ki,hər bir TÜRK QADINI,hər bir AZƏRBAYCANLI ANASI mənə qoşulub cəbhəyə gedər,döyüşlərarası ani dinclik anında bir əsgərin başı üstündə dayanıb ona layla çalar və gözünün acısını almaq üçün keşiyini çəkər.Inanıram buna!Inanıram xalqımın qadınlarının igid hökmdar Tomrisin varisləri olduqlarına!Inanıram Milli Ordumuzda qoç Koroğlu “DƏLİLƏRİ”olduğuna!İnanıram Ali Baş Komandanın vətən və xalq sevgisinə! İnanıram Qarabağda ŞƏHİD ruhlarının və qələbəni bəxş edən igidlərimizin bayram şənliyini düzənləyəcəyinə!Sizə,sizin hər birinizə inanıram,güvənirəm,mənim qoç oğullarım-əziz əsgər balalarım!

Bu gün xilaskar Milli Ordumuz Bayraq bayramı münasibətilə xalqımıza ŞUŞA kimi bir töhfə verdi,düşmənə isə ağır cəza əta elədi.
Ürəyimdən bir istək keçdi.Abşeron təhsil işçiləri adından Ali Baş Komanda minnətdarlıq məktubu yazmaq.Yazmaq istədim ki,Cənab Ali Baş Komandan,tarix bir daha sübüt etdi ki, türkün türkdən başqa dostu yoxdur.Bu günkü milli birliyimiz,dövlət,ordu və xalq vəhdəti düşmənin bağrına sancılan MİSRİ qılıncdır.Komandirlərin”Atəş!”komandası Koroğlu nərəsidir.Sizin başının “dəmir”yumruğunuz Koroğlunun düşmən başına endirdiyi gürzüdür.
Yazmaq istədim ki,cənab Prezident,Sizi ekrandan görmək,ürəyimizdən tikan çıxardan sözlərinizi eşitmək bu xalqa sarsılmaz güc verdi.Siz xalqdan,xalq Sizdən,Ordumuz isə hər ikinizdən güc aldı.Şəhid “ata və anaları övladlarının məzarı başında”VƏTƏN SAĞ ÖLSUN!”-dedi.

Bu gün hamı eyni duyğulara köklənib.
Hamının bir gözü gülür,bir gözü ağlayır.Amma məncə,göz yaşları axıtdığımız Şəhidlərin ruhu da bu gün sevinir.Bu gündən sonra QARABAĞ torpaqlarında al ləçəkli lalələr daha çox bitəcək.Çünki bu torpağın hər qarışı igid oğullarımızın qırmızı qanı ilə rənglənib.Bu torpaq qol -budaqlı palıdlar yetişdirəcək,çünki ŞƏHİD RUHLARI burada kök atıb yenidən göyərəcək.Axı QARABAĞ bizimdir!Qarabağ Azərbaycandır!

Millixəbər. az Zamin Zeynal

 

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seventeen + six =