Evi tərk edən altı koronavirus xəstəsinə cinayət işi açıldı

0

Ev şəraitində müalicə təyin edilən yeddi nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, altı nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq araşdırmaları davam etdirilir.

Daxili işlər orqanları tərəfindən əhalinin təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir.

Vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, karantin rejimi qaydalarına riayət etmələrini xahiş edirik.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two × 5 =