Abel Məhərrəmov: Böyük öndərimiz hər zaman elm və təhsilin inkişafına xüsusi diqqət yetirib

0

«Ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısında misilsiz tarixi xidmətlər göstərib». Bu fikri YAP İdarə Heyətinin üzvü, BDU-nun rektoru, akademik Abel Məhərrəmov deyib.

 Millixəbər.az xəbər verir ki, A.Məhərrəmov bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında Ulu öndər Heydər Əliyevin müstəsna rolu var. Onun sözlərinə görə, bu gün Azərbaycan çox sürətlə inkişaf edir.

«Bütün uğurlarımız dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsidir. Xoşbəxt o xalqdır ki, onun Ümummilli lideri var. Azərbaycan xalqı xoşbəxtdir ki, onun müdrik şəxsiyyət Heydər Əliyev kimi Ümummilli lideri var. Ulu öndər Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu və Fəxri doktoru olmasından qürur hissi keçiririk. Böyük öndərimiz hər zaman elmin və təhsilin inkişafına xüsusi diqqət yetirib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir»- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

5 × 3 =