Abşeron rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

0

Sentyabrın 12-də Abşeron rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Millixəbər.az xəbər verir ki, konfransdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firidun Qurbanov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova və rayonun digər təhsil işçiləri Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.

Dövlət himninin səsləndirilməsi və 2017-2018-ci tədris ilinin pedaqoji fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayan konsranda Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova 2017-2018-ci tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib. Nazilə Məmmədova qeyd edib ki, bu il 2060 məzun olub. Onlardan 59-u fərqlənmə attestatı alıb. 1754 məzun sənədlərini ali məktəbə qəbul komissiyasına təqdim edib. Abituriyentlərin 1306 nəfəri, yəni 74,4 faizi tələbə adını qazanıb. Ali məktəblərə qəbul imtahanlarında 600 və daha çox bal toplayan tələbələrin sayının artdığın bildirən N. Məmmədova 95 nəfərin yüksək nəticə əldə etdiyini vurğulayıb. Xüsusilə qeyd edib ki, rayonda üç ildir ardıcıl olaraq məzunlar ali məktəblərə qəbul zamanı 700 bal toplayırlar. Ötən dərs ilində 1 nəfər olduğu halda, bu il 2 nəfər – Xırdalan şəhər 9 nömrəli və Ceyranbatan 1 nömrəli tam orta məktəbin məzunları Elgün Zamanlı və Rüstəm Qarayev ali məktəbə ən yüksək balla qəbul ediliblər. Tələbələrin bir qismi Bakı Mühəndislik Universitetini seçib.

Təhsil nazirinin müavini Firidun Qurbanov çıxış edərək təhsil işçilərini yeni tədris ili münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb. Nazir müavini həlli vacib məsələlərlə bağlı fikirlərini bildirərək yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdıraraq qeyd edib ki, ölkəmizin təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri keyfiyyətli təhsil və yüksək ixtisaslı kadr hazırlığıdır. F. Qurbanov 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsinin bu vəzifənin uğurla həll olunmasında mühüm rol oynadığını vurğulayıb.

Rayon icra hakimiyyəti başçısı İradə xanım Gülməmmədova tədbirdə çıxış edərək müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Təhsilin inkişafı və onun beynəlxalq standartlara çatdırılması ilə bağlı həyata keçirilən dövlət siyasətinin real nəticələrindən danışan İradə Gülməmmədova Abşeron rayonunda bu istiqamətdə görülən işlər barədə məlumat verib və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən ətraflı söhbət açaraq son illərdə rayonda bir neçə məktəbin əsaslı təmir edildiyini nəzərə çatdırıb.

Daha sonra Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov , Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin müəllimi Məhəmməd Hüseyinov, qəbul imtahanlarında 700 bal toplamış Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin məzunu, Ali Neft Məktəbinin tələbəsi Elgün Zamanlı, qəbul imtahanlarında 700 bal toplamış Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu, Ali Neft Məktəbinin tələbəsi Rüstəm Qarayev, Xırdalan şəhər 2 nömrəli məktəbin direktoru Ədalət Camalova Xırdalan şəhər 9 nömrəli məktəbin biologiya müəllimi Minarə Əhmədova və Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin müəllimi İlhamə Vəliyeva çıxış ediblər.

Sonra bir qrup müəllim və 600 dən çox bal toplayan şagirdə fəxri fərman və hədiyyələr təqdim olunub.

Sonda isə konfrans iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətin mətni oxunub.


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seventeen + ten =