Abşeron rayonunun Xırdalan şəhərində kitab sərgisi keçirilib-FOTOLAR

0

23 aprel Ümumdünya Kitab Günü ilə əlaqədar olaraq Abşeron rayonunun Xırdalan şəhərində kitab sərgisi keçirilib.

Millixəbər.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda təşkil edilən tədbirdə Abşeron RİH başçısı İradə Gülməmmədova, rayonun təhsil işçiləri, şagirdlər və şəhər sakinləri iştirak ediblər. Sərgidə müxtəlif kitablar nümayiş olunub, oxumağı, mütaliyəni təbliğ edən fikirlər səsləndirilib. Bundan əlavə, məktəblilər tərəfindən Azərbaycanın görkəmli şəxsiyyətlərinin, şairlərin, yazıçıların, ədiblərin həyat və yaradıcılığı özündə əks etdirən teatrlaşdırılmış səhnələr nümayiş etdirilib. Eyni zamanda tanınmış şəxsiyyətlərin məqbərələrinin maketləri qurulub.
“Nəsimi ili”nə həsr olunan “Nəsimi” stendi isə iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılanılıb. Şagirdlər İmadəddin Nəsiminin qəzəllərini söyləyib, onun əsərlərinin qəhrəmanlarını canlandırıblar.
Tədbirdə Azərbaycanın təhlükəsizliyinin, müdafiəsinin keşiyində duran igid əsgərlərimiz üçün kitablar yığılıb. Həmin kitablar yaxın günlərdə əsgərlərimizə göndəriləcəkdir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

2 + twenty =