Abşeronda bayram əhvalı ağacəkmə kampaniyasında 22 min ağac əkilib+FOTOLAR

0
Abşeronda ağacəkmə kampaniyası bayram əhvalı ilə həyata keçirilib 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar açıb. Mütəfəkkir şairin yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü də respublikamızda, o cümlədən Abşeron rayonunda da böyük razılıqla qarşılanıb. Azərbaycanda ilk dəfədir ki, bir gündə bu qədər sayda ağac əkilir. Bu təşəbbüsə layiqincə qoşulan abşeronlular böyük həvəslə ağac əkimində istirak ediblər.
Qeyd edək ki, əvvəlcə Abşeron RİH ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerli şəraitə uyğun ağac növləri müəyyən olunub. RİH tərəfindən rayon ərazisində əkiləcək ağacların yerləri müəyyənləşdirilib, çalalar qazılıb, su xətlərinin çəkilməsi və digər zəruri hazırlıq işlərinin görülməsi təmin edilib.
Millixəbər.az xəbər verir ki, bu günsəhər saatlarından start verilən ağacəkmə kompaniyasına ilk olaraq Novxanı-Mehdiabad yolundan başlanılıb. Aksiyada Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, könllülər və KİV nümayəndələri iştirak edib. Aksiyada rayon Mədəniyyət Mərkəzinin üzvlərinin, Rayon Musiqi Məktəblərinin saz və nağara kollektivlərinin iştirakı bayram ab-havası yaradıb. Aktyorların İmadəddin Nəsimini və onun əsərlərindəki qəhrəmanları canlandırması, rəqs qruplarının milli rəqs nömrələri göstərməsi aksiyanı daha da rəngarəng edib.
İ.Gülməmmədova budara ağac əkib, könüllülərlə şəkil çəkdirib.
Bundan sonra RİH başçısı Bakı-Şmaxı yolunun Abşeron rayonu ərazisinə düşən hissəsində gələrək yüzlərlə könüllü ilə birlikdə ağac əkib, incəsənət nümayəndələrinin çıxışlarına baxıblar.
Ağacəkmə kompaniyası daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Parkında davam etdirilib. Burada Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov da könüllülərə qoşularaq ağac əkib. Aksiya incəsənət nümayəndələrinin ifa etdiyi musiqilərlə davam etdirilib.
Qeyd edək ki, ağacəkmə aksiyasında Abşeron rayonu üzrə ümumilikdə 22 min ağac əkilib.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

seventeen + 3 =