Adi su bu yayılmış qadın xəstəliyindən xilas edir

0

Sidik kisəsi infeksiyaları qadınlar arasında çox yayılmış pozulmadır.

Bunun fizioloji səbəbləri var. Kişilərdən fərqli olaraq qadınların sidik kanalı daha qısadır və daha “təhlükəli” bölgədə yerləşir ki, bu da infeksiyaların kanala düşməsinin riskini xeyli artırır. Kanala düşmüş infeksiya sidik kisəsinə yayılaraq burada sistitin (sidik kisəsi iltihabı) inkişafına səbəb olur.

Alimlər sübut edirlər ki, qadınlarn 50%-dən çoxu sidik kisəsi infeksiyalarından əziyyət çəkir. Həmçinin bu infeksiyalar il ərzində eyni qadında bir neçə dəfə təkrarla bilər. Sidik kisəsi infeksiyaları özünü bu kimi  simptomlarla büruzə verir: sidik ifrazı zamanı yandırma hissi, ağrılar, spazmlar.

Amerika alimləri yeni elmi araşdırma nəticəsində belə qərara gəliblər ki, gündəlik 1,5 l adi suyun istehlakı sidik kisəsi infeksiyaların təkrarlanmasının riskini yarıdan çox azaldır.

Saglamolun.az EurekAlert!-ə istinadla xəbər verir ki, suyun kifayət miqdarda istehlakı orqanizmdə və o cümlədən sidik kisəsində ziyanlı mikrobların sayını azaldır. Nəticədə infeksiyanın riski də azalır.

Millixəbər.az  

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

13 − nine =