Adnan Oktarın “kediciyi” qaçırıldı — FOTO

0

Adnan Oktar qruplaşmasına qarşı keçirilən əməliyyat çərçivəsində saxlanılan Tuba Babuna bir neçə gün əvvəl səhhətində yaranan problemlərə görə sərbəst buraxılmışdı.

Millixəbər.az ölke.az-a istinadən xəbər verir ki, onun anası qızının qaçırıldığını, azadlığa çıxdıqdan sonra ondan xəbər ala bilmədiyini deyib.

Tuba Babuna həbsdən 9 ay sonra sağlamlıq problemlərinə görə 15 aprel tarixində azadlığa buraxılıb. Amma o gündən sonra ondan xəbər almaq mümkün olmayıb. Ana Babuna iddia edib ki, qızı qruplaşma tərəfindən qaçırılıb:

“Qruplaşma tərəfindən bizim bilmədiyimiz bir yerə aparılıb. Əslində evdə olmalı idi. Çünki çox narahatdır. Bu xəstəliyə 2-3 il əvvəl qruplaşmada olanda yoluxub. Uşaqlarımı qruplaşmadan xilas etmək üçün əlimdən gələni edəcəm”.

Tuba Babuna Adnan Oktarla 31 il əvvəl, 18 yaşı olanda tanış olub.

Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

sixteen − eight =