Afət Camalova: Ermənistan ordusu hərb meydanında rüsvay olaraq məğlub edildi

0

Afət Camalova: Qəhrəman Azərbaycan ordusunun şücaəti sayəsində düşmən yenilərək məğlub edildi

Azərbaycan ordusu və xalqı bu müharibədən qalib çıxdı. Ermənistan silahlı birləşmələri hərb meydanında rüsvay olaraq məğlub edildi. Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin başlıca məqsədi işğala məruz qalan torpaqları azad etmək idi. Şükürlər olsun ki, 44 günlük müharibə nəticəsində Azərbaycan dövləti niyyətinə çatmağa müvəffəq oldu. Qəhrəman Azərbaycan əsgərlərinin, gizir və zabitlərinin şücaəti sayəsində düşmən yenilərək məğlub edildi bu fikrləri Millixəbər. az-a müsahibəsində Abşeron rayonu Mehdiabad Kənd 3 Saylı Tam Orta Məktəbin direktoru Afət Cəmalova deyib.

Afət xanım 44 günlük vətən müharibəsində düşmənin məğlubiyyəti ilə bağlı hansı məqamlar daha çox diqqət çəkir?

Azərbaycanın qələbəsi erməni diasporu və lobbisinə ağır zərbə oldu. Erməni diasporu heç bir gələcəyi olmayan Ermənistana sərmayə qoymaqda, pullarını havayı yerə göyə sovurmaqda bundan sonra maraqlı olmayacaq.

Vətən müharibəsində xalq, ordu vəhdətinin qələbənin qazanılmasında nə kimi əhəmiyyəti oldu?

44 günlük haqq savaşında xalqımızın birlik nümayiş etdirməsi, Respubilkamızın bütün guşələrində yaşayan hər bir Azərbaycanlının, dilindən, irqindən siyasi mənsubiyyətindən asılı olmayaraq Qarabağ Azərbaycandır kəlməsini qürurla dilə gətirməsi ümumxalq birliyinin ən bariz nümunəsidir. Bu tarixi mübarizdə dövlətimizə, hərbiçilərimizə mövcud imkanlar daxilində öz vətənpərvərlik dəstəyini göstərən bölgələrimiz sərasında Abşeron rayonun da öz imzası, öz yeri var.
Beləki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısı İradə xanım Gülmmədovanın və Rayon Təhsil Şöbəsinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq 2006-cı ildən rəhbərlik etdiyim Mehdiabad kənd 3 Saylı tam orta məktəbin müəllim kollektivi də milli vətənpərvər ruhlu təşəbbülərdə fəal iştirak edərək ön cəbhədə şərəflə xidmət göstərən əsgər zabitlərə isti-yorğan, döşək, zəruri ərzaq və ləvəzimatlar apararaq öz dəstəyimizi göstərğrək Qələbə çalmağımız çalışdığımız peşədən asılı olmayaraq hər birimiz canımızdan belə keçməyə hazır idik.
Yeri gəlmişkən qeyd edim ki, məktəbimiz Coğrafiya Asif Quliyev Vətən müharibəsi başlayan gündən,qurtaranadək ön cəbhədə xidmət göstərən əsgər və zabitlərimizlə görüşərək buradan təşkil edərək göndərdiyimiz zəruri ərzaq və ləvazimatları ünvanlara çatdırırdı. Bu cür müəllimlərimiz fəxr edirik! nə yaxşı ki, bu cür vətənpərvər ruhlu müəllimlə bir kollektivdə çalışırıq.
44 günlük müharibə dövründə ailəliklə səfərbər idik. Oğlum Göronboy və Naftalan istiqamətində torpaqlarımızı yağılardan qoruyan igid Vətən övladlarımıza dəstək olmaq üçün daima onların yanında idi. Bunu özünə vicdan borcu hesab edərək edirdi.
Vətən müharibəsi dövründə məktəbimizin məzunu Atakişiyev Nurlan torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid oldu.Məkanı cənnət olsun! Biz də məktəb olaraq daima Şəhid ailələri və qaziləri ziyarət edərək mənəvi təsəlli olmağı özümüzə borc bilirik.

Dünyaya göz açdığınız Qubadlının işğaldan azad edilməsi xəbərini necə qarşəladınız?

44 günlük müharibənin nəticəsində uzun illərdir həzrətin çəkdiyimiz Babalarımızın yaşayıb, yaratdıqları hər dağında, daşında dolaşdığı doğma, əziz Qubadlının İşğaldan azad edilməsini sözlə ifadə etmək mümkün deyil, Bərguşad çayının azad edilmısi, bu çayın dadlı balığı, Qubadlıya qayıdışın mümkün olması ən böyük xoşbəxtlikdir. Bu 30 illik həsrətə son qoyduqlarına görə ailəmiz adında Cənab Ali Baş Komandana və fədakar müzəffər ordumuza dərin minnətdarlığımızı bildirirəm.
Vətən müharibəsinin Qələbəmizlə bitməsi hərb tariximizdə qızıl hərflərlə yazılaraq yeni nəsilə sevinc və qururla təbliğ ediləcək.

Millixəbər. az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

nineteen + 1 =