Afət Nəsimini yuxuda görməsindən DANIŞDI

0

Müğənni Afət Fərmanqızı son günlər müzakirələrə səbəb olan mahnısından danışıb.

Millixəbər.az bildirir ki, sənətçi “ölkə.az”ın əməkdaşı ilə söhbətində bildirib ki, qanunvericilikdə Nəsiminin qəzəlini oxumağa heç bir məhdudiyyət qoyulmadığı üçün bu addımı atıb:

“Bu mahnını böyük Nəsiminin qəzəlinə oxumağım Konstitusiyanın hansı maddəsində ziddir? Xahiş edirəm, bunu mənə izah etsinlər. Deyirlər ki, düz etməyib oxuyub. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Ürəyim istəyib oxumuşam. Burada cinayət məsuliyyəti varsa, desinlər. Ermənilər oxusaydı, bu qədər tənqid etməzdilər, yaxud belə qınamazdılar”.

Afət Fərmanqızı “Yuxuda Nəsimi dedi ki, qəzəlimə mahnı oxu” fikrinə də aydınlıq gətirib:

“Mən “İnstagram” səhifəmə özümdən başqa iki dostum nəzarət edir. Yuxu məsələsi onlardan birinin beyninin məhsuludur. Dünən gözəllik salonunda verilişə hazırlaşanda bir jurnalist zəng vurdu və özünü də normal təqdim etmədi. Söhbət uzanmasın deyə, dedim ki, bəli, belə bir şey olub. Amma ən doğrusunu sizə deyirəm. Bu, dünyəvi mahnıdır və haqqında pis söz deyə bilmərəm. İrad bildirirlər ki, bu, toy mahnısıdır. Əgər toy pisdirsə, balalarınıza niyə toy edirsiniz, müğənnidən xahiş edirsiniz ki, gəlin oxuyun? Təbii ki, hər müğənnini də toya çağırmırlar. Məclislərə də özünü apara bilən, normal geyinən sənətçiləri dəvət edirsiniz axı, əziz izləyicilər. Bu mahnının minusunu bir neçə həmkarım məndən istəyir. Hətta bir tanınmış müğənni mahnıya çəkdiyim xərcin beş qatını ödəməyə hazırdır.

Biri yazır ki, Nəsimi ili olduğu üçün bu mahnını oxumuşam ki, kimlərinsə yanında hörmət qazanım. Mən toy müğənnisiyəm, niyə ad almağa iddialı olmalıyam ki?”

A.Fərmanqızı bildirib ki, sözügedən mahnıdan sonra sosial şəbəkədə izləyicilərinin sayı sürətlə artmağa başlayıb:

“Bu gün sosial şəbəkə göstərici sayılır. Əgər bu mahnıya qədər hər gün min nəfər izləyicim artırdısa, indi bu rəqəm iki minə çatır. Əslində, bu mahnının Vüqar Camalzadəyə də aranjiman etdirə bilərdim. Amma o zaman belə müzakirəyə səbəb olmayacaqdı və məni toylara aparmayacaqdılar. Deməli, tələbat bu mahnıyadır və mən də xalqın istəyini nəzərə alıram”.

Qeyd edək ki, Afət Fərmanqızının Nəsiminin “Sığmazam” qəzəlinə oxuduğu hind mahnısı tənqidə səbəb olub.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

six + six =