Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanı ziyarət olunub

0

Bu gün Ağdam rayonu erməni işğalından azad olunub. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı birgə bəyanata əsasən işğalçı erməni hərbi birləşmələri Ağdam rayonunu tərk ediblər.

Millixəbər.az-ın məlumatına görə bu münasibətlə Azərbaycan vətəndaşları Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb.

Vətəndaşlar “Ağdam azaddır!”, “Qarabağ Azərbaycandır!”

“Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Ordusu!” şüarları səsləndiriblər.

Millixəbər.az: Nicat Abbas


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eighteen − four =