Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində buynuz qişanın transplantasiyası (FOTOLAR)

0

22 may 2019-cu il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində buynuz qişanın transplantasiyası cərrahi əməliyyatının həyata keçirilməsi ilə bağlı təqdimat keçirildi.

Millixəbər.az ın məlumatına görə, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində növbəti dəfə keratoplastika əməliyyatları həyata keçirildi. 3 gün ərzində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin cərrahları Abduləliyeva Fərəh, Həsənov Cəmil, Hüseynov Emil və Ağayeva Fidan tərəfindən 22 uğurlu buynuz qişanın transplantasiyası əməliyyatı icra olunub.
Buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır. O, görmədə böyük əhəmiyyət kəsb edir, gözün ən vacib refraktiv linzasıdır.
Bir çox xəstəliklər buynuz qişanın şəffaflığını pozur. Bu xəstəliklər anadangəlmə, genetik və mikrob mənşəli ola bilər. Əgər keratokonus son mərhələsindədirsə, xəstəyə artıq kontakt linzalar, intrastromal buynuz qişa halqaları kömək etmir, bela halda yeganə müalicə yolu buynuz qişanın köçürülməsi və ya transplantasiyasıdır.
Keratokonus kimi bəzi xəstəliklər buynuz qişanın formasını dəyişə bilər, belə hallarda buynuz qişanın transplantasiyası vacibdir.
İlk növbədə buynuz qişa uzun illər korluğa məruz qalan imtiyazlı xəstələrə köçürülüb.
Hətta ilk dəfə Respublikanın regionlarında – akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə Filialında buynuz qişanın transplantasiyası cərrahi əməliyyatı uğurla həyata keçirilib.Bütün əməliyyatlar uğurla, fəsadsız başa çatdırılıb. Bu əməliyyatların həyata keçməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Milli Məclisin, Səhiyyə Naziri cənab Oktay Şirəliyevin sayəsində reallığa çevrilib.
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi yeniliklər, tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur. Mərkəzin Gəncə və Masallı filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı bu il Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialalının açılışı nəzərdə tutulur. Bununla da əhali arasında yüksək oftalmoloji müayinələr və müalicələrin həyata keçirilməsi genişlənir. 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütamadi olaraq respublikasının müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir. Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.
Hazırda Azərbaycanda gözün buynuz qişasının patologiyası ilə əlaqədar 3 mindən çox xəstə qeydiyyatdadır. Əslində isə bu xəstələrin sayının daha çox olduğu güman edilir. Onlar buynuz qişanın transplantasiyası əməliyyatını gözləyirlər. Ötən ilin oktyabrından etibarən buynuz qişanın transplantasiyası əməliyyatlarına başlanılıb. Bu müddət ərzində 40-a yaxın belə transplantasiya əməliyyatı aparılıb.

Millixəbər.az: Jalə Asiman

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

20 − seven =