Ali Məclisinin Sədri Vasif Talıbov: Professor Lalə Allahverdiyevanı təltif etdi

0
Azərbaycanda açılacaq Ali Məclisin Sədri səhiyyə işçilərini təltif etdi – SƏRƏNCAM Ali Məclisin Sədri səhiyyə işçilərini təltif etdi – SƏRƏNCAM 22-05-2019, 20:03 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 22-də Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.
Millixəbər.az -ın məlumatına görə, sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram: Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə:
Şaxtaxtinski Nizami Ağa oğlu – “Əməkdar həkim” fəxri adı ilə; Eyvazova Darçın Ağanəcəf qızı Vəliyeva Leyla Qulu qızı – “Əməkdar tibb işçisi” fəxri adı ilə; Allahverdiyeva Lalə İsmayıl qızı – “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə; Əliyeva Təranə Ədalət qızı Həsənova Sevda Sabir qızı İbrahimova Zəminə Əbülfəz qızı – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər”.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 16-da Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

16 − 10 =