ALLAH ŞƏFA VERSİN, ATAMOĞLAN MÜƏLLİM!

0

Məktəbimizin pedaqoji kollektivi üçün çox əziz olan, rus- dili müəllimi, direktor müavini Atamoğlan İmranov bugün Respublika Neyrocərrahiyə Xəstəxanasının fəqərəarası disk yırtıqlarının müalicə mərkəzində əməliyyat keçirmişdir. Əməliyyat həkimi, tanınmış neyrocərrah Elçin İbrahimovla əlaqə saxladıq. Allaha minşükür ki, əməliyyat uğurla aparılmış və xəstə otaq şəraitinə köçürülmüşdü. Elçin həkim, əlləriniz var olsun!..
…Atamoğlan müəllim, təhsilimiz üçün olduqca dəyərli bir insandır. O, hər zaman öz bilik və bacarığını böyük sevgi ilə şagirdlərinə çatdırır. Məktəbimizdə qazanılan bütün uğurlarda istedadlı təhsil təşkilatçısının əməyi əvəzsizdir. Pedaqoji kollektivin, dərs dediyi şagirdlərin, onların valideynlərinin və eləcə də ünsiyyətdə olduğu hər bir kəsin dərin hörmətini qazanmış çiyindaşımızın bu günündə hamımız duaçıyıq: Ulu Tanrı Atamoğlan müəllimi qoru! Dualarımız Sizinlədir əziz dostumuz, kollektivimizin dəyərlisi, İmişli təhsilinin sevimlisi!
Allah qoysa tezliklə evinizə dönərsiniz! Doğma kollektivdə olarsınız! Arzu, istək və dualarımız Sizinlədir! Siz bizim üçün çox əzizsiniz!

İmişli rayonunun Əliqulular kənd tam orta məktəbinin pedaqoji kollektivi adından: Səxavət Tağlar-məktəbin direktoru, Əməkdar müəllim.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

3 × two =