Almaz Həsrət: Böyük Turana qayıdış

0
Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və düşüncəli strategiyası nəticəsində Vətən müharibəsində tarixi Qələbə qazanmış olduq. Məhz bu Qələbə liderimiz olan İlham Əliyevin sözdə və əməldə bir olduğunu bir daha sübut etdi. Prezidentimiz qəti bir fikir deyirsə, demək ki, o reallaşacaq. Deyirdi Qarabağı işğaldan azad edəcəyik, etdi də. Bu böyük Qələbə nəticəsində işğal altında olan torpaqlarımız həmişəlik azad edilməklə ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 20 aprel tarixində Azərbaycan Televiziyasına müsahibəsində qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Sizə tam əminik və inanırıq, Cənab Ali Baş Komandan. İnanırıq ki, xalqımız Azərbaycan torpağı olan və 101 ildir ki, əsas parçasından ayrı düşmüş Zəngəzura qayıdacaq.
Prezident İlham Əliyev hələ 2018-ci ilin fevralında YAP-ın VI qurultayında etdiyi çıxışda bildirirdi ki, “tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir”.
Zəngəzur dəhlizinin açılması üçün bir neçə hüquqi əsaslar da var. Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Moskva bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. Ona görə də Ermənistan baş nazirinin aprelin 8-də Moskvaya etdiyi səfərindən əvvəl kommunikasiyaların açılmasının sürətləndirilməsi məqsədilə yeni üçtərəfli sənədin imzalanacağı haqda da fərziyyələr irəli sürülürdü. Lakin mənfur düşmən anlamır ki, tam hüquqi qüvvəyə əsaslanan Azərbaycan tərəfindən atılan addımlar doğrudur.
Böyük Turanın yaradılışı tarixinin yeni səhifələri açılır. Yeni yaradılış tarixini bizə yaşadacaq sərkərdəmiz cənab İlham Əliyev olacaq.
Prezident İlham Əliyev təkcə Azərbaycanın və azərbaycanlıların deyil, bütün türk dünyasının taleyini dəyişməyə müyəssər olmuş ümumtürk miqyaslı müdrik liderdir.
Almaz Həsrət,
Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

10 + eleven =