“ARB TV” səhvini qəbul etdi – açıqlama

0

Bir neçə gün öncə ARB TV-nin “ARB Xəbər” proqramında İmişlidəki naməlum qəbirlərlə bağlı yayımlanan sujet sosial şəbəkələrdə müzakirə edilib. Telekanalı tənqid edənlərlə yanaşı, müdafiə edənlər də olub.

Axşam.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir:

“Mayın 8-də “ARB Xəbər”in 19:00 buraxılışında İmişlidə naməlum qəbirlərin aşkarlanması ilə bağlı sujet efirə gedib. Həmin sujet Qarabağ döyüşlərində həlak olan yaxınlarının sağ qalıb-qalmaması ilə bağlı insanları məlumatlandırmaq üçün hazırlanıb. Həmin qəbirlərdə uyuyan insanların dünyasını dəyişdikdən sonrakı fotolarının, bəzi tamaşaçılara pis təsir etməsini nəzərə alaraq, 23:00-dan öncə yayımlanması qanun pozuntusu hesab edilsə də, faydalı nəticəyə səbəb olub. Sujet efirə getdikdən sonra 20 ildən çoxdur ki, yaxınlarından xəbər ala bilməyən insanlar ARB TV-yə müraciət edərək, yaxınlarını efirdə gördüklərini söyləyib. Bu sayədə yaxınlarının məzarlarını tapıblar. Telekanala bu addımına görə öz təşəkkürlərini bildiriblər, uzun illərdir məlumatsız qaldıqları məsələdə ARB-nin araşdırması nəticəsində məlumat aldıqlarını söyləyiblər”.

Millixəbər.az 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

nineteen − 2 =