AMEA-nın professoru, kimya elmləri doktoru Vidadi Hüseynov vəfat edib.

Millixəbər.az xəbər verir ki, ö, ötən gün 74 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, V.Hüseynov 1950-ci ildə Qubadlı rayonunun Həkəri kəndində anadan olub. 1969-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsində təhsil alıb. 1975-dən vəfat edənə qədər AMEA-da çalışıb.