“Asan şou” -nun rəhbəri Bahadır Qasımlının doğum günüdür

0

Bu gün Azərbaycan mədəniyyətinin tanınmış siması, Azeri instrumental qrupunun rəhbəri Bahadır Qasımlının ad günüdür!

Bahadır Qasımlı 1975-ci il noyabrın 25-i Şabran rayonunda dünyaya göz açıb.
O, hələ uşaq yaşlarında nağarada ifa etməyə başlayıb. Şabranda 5 illik musiqi təhsilini başa vurduqdan sonra Sumqaytda Soltan Hacıbəyov adına Musiqi texnikomuna daxil olub. Bundan başqa 4 il hərbi xidmətdə olmuş və bunun 3 ilini Hərbi orkestrda ifa etmişdir. Daha sonra isə Bakıya gələrək burada musiqi arenasında yer tutmuş və bu gün Azəri instrumental qrupunun rəhbəri təyin edilmişdir.
Qeyd edək ki, Bahadır Qasımlı eyni zamanda “Asan şou” -nun rəhbəridir.
Ən əsası isə o, bayağı musiqilərə qarşı mübarizə aparan yeganə sənətkarlardan biridir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

7 − five =