Asif Orucov: Babalarımızın ruhları dolaşır o torpaqların hər qarışında, daşında…

0

Zəngilan sakini: Cənab Ali Baş Komandanın başçılığı ilə milli ordumuzun sayəsində biz öz doğma ZƏNGİLANIMIZA qayıdacağıq

Müsahibimiz Zəngilan rayonu Məmmədli kənd sakini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sumqayıt 12-ci MR “Yaşayış kompleksi 1005”MKİS-nin sahə rəisi Asif Orucovdur.
Asif müəllim ,27 ildən sonra müzəffər ordumuz Zəngilan şəhərini o cümlədən sizin doğulduğunuz Məmmədbəyli kəndini düşmən istilasından azad edib. Ali Baş Komandanın xalqımıza bu zəfər dolu müraciətini izləyərkən hansı hislər keçirdiniz?
– Bu gün torpaqlarımızın azad edilmə xəbərinə bütün Azərbaycan xalqı sevindiyi kimi mənim ailəm, el -obamız və bütün Zəngilan camaatı sevinir. Sevinirik ona görə ki, uzun illərin ayrılığından sonra cənab Ali Baş Komandanın başçılığı və rəşadətli, şanlı ordumuzun fədakarlığı nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri daxil olmaqla bir neçə kəndlərimiz işğaldan azad edilmişdir.Bununla yanaşı Qubadlı, Cəbrayıl, Füzuli şəhərləri, Hadrut qəsəbəsi və digər kənd və qəsəbələrin erməni işğalından azad olunması xəbərləri də sevincimizə səbəb olmuşdur.Yaxşı yadımdadır ki, biz 1993-cü ilin oktyabrın 24-də mənfur erməni düşmənləri torpalarımızı işğal etdikləri zaman Ulu Öndər Heydər Əliyevin köməkliyi sayəsində Araz çayında suyun səviyyəsi azaldıldı. O dövrdə havanın soyuq olmasına baxmayaraq Araz çayından İran ərazisinə keçdik və oradan da Azərbaycanın ayrı-ayrı bölgələrində məcburi köçkün olaraq məskunlaşdıq. Torpaq uğrunda ölən varsa vətəndir, torpaqlarımızı əsgər və zabitlərimiz göz-bəbəkləri kimi qoruyurlar, azad edirlər. Azərbaycan bizim hamımızın doğma vətənidir. Ancaq hər bir insan üçün də doğulub boya-başa çatdığı el-oba, kənd, qəsəbə ona əziz və doğma vətəndir. Çünki bu yerlərdə bizim uşaqlığımız keçib, babalarımız yaşayıb-yaradıblar. Orada pirlər,seyidlər, övliyalar bizim ziyarətimizi gözləyirdilər. Babalarımızın ruhları dolaşır o torpaqların hər qarışında,daşında…
Allaha çox şükürlər olsun ki, Cənab Ali Baş Komandanın başçılığı ilə milli ordumuzun sayəsində biz öz doğma torpaqlarımıza qayıdaraq dünyasını dəyişmiş doğmalarımızı ziyarət edəcəyik,kəndlərimizdə hər zaman olduğu kimi yenə də əkin-biçinlə məşğul olub iqtisadiyyatımıza fayda verəcəyik.
Nə qədər çətin də olsa deyim ki, vətəni azad etmək üçün şəhidlər veririk, qan tökülür. Bunu sözlə demək çox çətindir.Mən özüm könüllü Qarabağ müharibəsi iştirakçısı olmuşam. Müharibənin nə olduğunu çox gözəl başa düşürəm. Bilirəm ki, indiki vətən müharibəsində şəhid olanlarımız, yaralananlarımız var. Allahdan cəmi şəhidlərimizə rəhmət diləyir,yaralılarımıza tezliklə sağalmalarını arzu edirəm.
Torpaqlarımızı azad edib bu sevinci bizlərə yaşatdıqlarına görə sizin sayt vasitəsi ilə qüdrətli Ali Baş Komandan başda olmaqla, fədakar ordumuza dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Yaşasın Azərbaycan xalqı,
yaşasın möhtərəm Prezidentimiz İlham Əliyev,  yaşasın şanlı,əzimkar ordumuz!
#Qarabağ bizimdir!
#Qarabağ Azərbaycandır!

Zamin Zeynal

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

2 × five =