Aslan Mehdiyev: Cümhuriyyət dövründə təmənnasız fəaliyyət göstərən nazirlərimiz olub.

0

Azərbaycan Xalq Cümhuriyyəti dedikdə bir sıra məqamlar xatırlanır. Həmin dövrün nazirləri və yaradıcı insanları. Həmçinin Azərbaycanın dünyaya tanıdılması. Azərbaycan Parlamentinin təşkili. Bakı Dövlət Universitetinin təsis edilməsi. Azərbaycanlı gənclərin xaricə göndərilməsi və s. Bəs daha hansı məqamlar var?

– Azərbaycanın bir əsgəri belə yox idi. Onlar bir avtomobil və altı faytonda Gəncəyə gəldilər. Onları iki nəfər qarşıladı.

Hər birimiz bilirik və tarixçilər də bu fikri təsdiqləyər ki, Azərbaycan Xalq Cümhuriyyəti işğal ediləndən sonra yetmiş bir il Sovet tərkibində qaldıq. O dönəmdə biz AXC-ni necə xatırlayırdıq?

– O vaxt mən adi kənddə mütəxəssis işindən başlayaraq Mərkəzi Komitənin Aparatına qədər işləmişəm. Bir dəfə Moskvada tədbir vardı mən burdan komsomolun xətti ilə nümayəndə kimi getmişdim. Biz türkiyəli görməmişdik. Tanımırdıq necə olur. Orda bədii hissədə bir türk vətəndaşı ilə söhbətləşdik. O vaxt mən ürəyimdə arzulayırdım ki, kaş indi də Cümhuriyyətin təsis elədiyi müstəqil bir dövlətdə yaşayaydıq və məndən soruşulanda “haralısan?”, deyəydik ki: “Azərbaycanlıyam”. 1975-ci illərdə fikirləşirdik ki, görəsən, həmin o cümhuriyyətimiz haçansa bərpa olunacaqmı. O bərpa olunanda konstitusiyasından tutmuş, strukturundan tutmuş, qabaqkından çox fərqli oldu. Həm insanlığa, həm mədəniyyətə, həm milli adət-ənənələrdən tutmuş, elmə qədər hamısı bizim üçün çox maraqlı və yaxşı idi. Tez-tez yığıncaqlar keçirirdim. Məktəblərdən tutmuş, bələdiyyə və digər təşkilatlara qədər hamısında müsbət keyfiyyətlər əks olunub.

Cümhuriyyətlə bağlı xatirələr çoxdur. Azərbaycanlı gənclər xaricdə təhsil almağa göndərildi. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə bu ideya gerçəkləşdi. Gənclər qazandıqları bilikləri ölkəmizə gətirsinlər. Təəssüflər olsun ki, cümhuriyyətimiz çox yaşamadı və süqut etdi. Sizcə, niyə cümhuriyyətimiz çox yaşamadı?

– Çətin sualdır… Gənclərin xaricə göndərilməsi sonralar Ulu Öndər tərəfindən bərpa edildi. İkinci müstəqil ölkəmiz də çox yaşaya bilməzdi, əgər ümummilli liderin səriştəli siyasəti olmasaydı. Heydər Əliyevin çox böyük rolu oldu. Mən bu işin içində olan adam kimi deyirəm. Deməli, bu böyük təcrübə imkan verdi ki, müstəqilliyimiz uzunmüddətli olsun. Mütəxəssislər, dövlət adamları çalışdılar, bir şey edə bilmədilər. Onun vaxtında mən yaxşı vəzifələrdə işləmişəm. Ali təhsilli adam olmuşam. Bir gün çağırıb konsomola qoyublar, bir gün çağırıb raykoma qoyublar, bir gün ispalkoma qoyublar, Mərkəzi Komitənin təşkilat işinə qoyublar. Sonra birinci katib oldum. Sonra icra başçısı oldum. Nazirlikdə işlədim.

Bilirik ki, müstəqilliyimizin qurulması birbaşa Ulu Öndərin adı ilə bağlıdır. Bu, bəllidir. Amma təbii ki, bu müstəqilliyi qazanana qədər bir yetmiş bir illik yol keçdik. Tarixçilər də qeyd edir ki, müstəqilliyimizin rüşeymi AXC-dən başlayır. Sizin fikriniz nədir?

– Elə, onu sizdən gözəl izah edə bilmərəm, siz gözəl izah etdiniz, mən də o fikirdəyəm. Biz elmdə də, mədəniyyətdə də öndə olmuşuq.

Tarixi ənənəni yaşatmaq və sonrakı nəsillərə ötürmək baxımından gənc nəsilə böyük məsuliyyət düşür. Televiziyalarda bəzən sorğu apararkən gənclər cümhuriyyətin yaradılması gününü müstəqillik günü ilə səhv salırlar. Bir ağsaqqal, ziyalı, ictimai şura rəhbəri kimi gənclərimizə bu yöndə nə tövsiyyə edərdiniz?

– Tövsiyyə tək mənim sözümlə olmur. Məktəbdən tutmuş, ailəyə qədər uşaqların qanına yeridilməlidir. Gənclər işğal olunan rayonları bilmir. Bizim bir dərdimiz var- Qarabağ dərdi. Hərbi vətənpərvərlik başda olmaqla müsbət keyfiyyətlər aşılanmalıdır – Bizim cümhuriyyət dövründə təmənnasız fəaliyyət göstərən nazirlərimiz olub. Gənclər xaricə təhsil almağa göndərilib. Parlamentin təşkili, 200-dən çox qanun layihəsi yaradılması.

Tədbirlər planında yer tutur.
 Bununla bağlı hansısa tədbir nəzərdə tutmusunuzmu?

– Keçirmişəm. Sabah da nəzərdə tutulub.

Necə qarşılanır?

– Çox yüksək səviyyədə qarşılanır. Söhbətlər, maraqlı çıxışlar olur. Sizi də dəvət edərəm. Mən də deputat kimi belə tədbirlərdə iştirak etmişəm.

Ötən il Cümhuriyyətimizin yüz illiyi ilə bağlı bütün il boyu tədbirlər keçirildi. Növbəti il də tədbirləriniz olacaqmı?

– Bəli, olacaq və davam edir. Yüz illiyin tədbirləri üçün dövlətimiz şərait yaradır. Keçiririk. Allah bizə çoxlu yubileylər görməyi nəsib etsin.

Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev

Millixəbər.az: Zamin Zeynal 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

19 − twelve =