ATƏT-in Minsk qrupu “3+1” formatına keçir? MÜNASİBƏT

0

atertkd“Dekabrın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri gözlənilmədən Almaniyanın paytaxtı Berlin şəhərinə gəliblər. Bu haqda ABŞ-lı həmsədr Ceyms Uorlik öz “twitter” səhifəsində məlumat verib. Səfərdə məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Almaniya hökumətinin dəstəyinə nail olmaqdan ibarətdir”. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov öz “facebook” səhifəsində məlumat paylaşarkən deyib.

Elman Nəsirovun sözlərinə görə, həmsədrlərin vasitəçilik funksiyasının səmərəlilik əmsalının sıfra bərabər olduğu bir reallıqda Almaniyaya üz tutmaları bir sıra nəticələrə gəlməyə əsas verir: “Bəs onlar hansılardır?

Birincisi, bu addım həmsədrlərin vasitəçilik missiyasının uğursuzluğunun özləri tərəfindən etirafı kimi dəyərləndirilə bilər. İstisna deyildir ki, həmsədrlər uğursuz vasitəçilik səylərini Almaniyanın bu prosesə cəlb olunması hesabına kompensasiya etmək niyyətindədirlər. Görünür, BMT TŞ-nın daimi üzvlərinin Almaniya ilə “5+1” formatı çərçivəsində İranın “nüvə proqramı” ətrafında mürəkkəb danışıqlarda əməkdaşlıq etməsi təcrübəsi həmsədrlərin diqqətindən yayınmayıb.

İkincisi, yuxarıda səsləndirilən məntiqdən çıxış edərək ehtimal etmək olar ki, həmsədrlər Berlinə gəlməklə Dağlıq Qarabağ münaqişəsinin sonrakı tənzimlənməsi prosesində Almaniyanın timsalında “3+1” formatı çərçivəsində danışıqların davam etdirilməsi siyasətinin anonsunu da verə bilərlər.

Üçüncüsü, yuxarıda söylənənlərə rəğmən, Almaniyanın postsovet məkanı siyasətində Dağlıq Qarabağ probleminin deyil, “Ukrayna böhranı”nın aradan qaldırılmasının prioritet məsələ olması reallığı həmsədrlərin rəsmi Berlinə olan ümüdlərinin dögrulması imkanlarını son dərəcə məhdudlaşdırır.

Dördüncüsü, həmsədrlərdən ABŞ və Fransanın digər həmsədr dövlət Rusiya ilə münasibətlərinin “Ukrayna böhranı” fonunda son dərəcə kəskinləşməsi Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə pessimist yanaşmasını və adekvat olaraq həmsədrlərə cavabını şərtləndirə bilər.

Nəhayət, indiki reallıqda Almaniyanın həmsədrlərlərə əməkdaşlığının heç də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə deyil, barışıq naminə “vasitəçilər arasında vasitəçiliyə” xidmət göstərəcəyini proqnozlaşdırmaq olar”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

5 + twenty =