Avropa Məhkəməsi Yunuslarla bağlı qərarını açıqlayacaq

0

“İyun ayının 2-də Avropa İnsan Hüquqları Məhkəməsi Leyla və Arif Yunusların Konvenisyanın 3-cü maddəsi ilə bağlı qərarını elan edəcək”.

Millixəbər.az modern.az-a istinadən bildirir ki, bu haqda vəkil Cavad Cavadov məlumat verib.

O bildirib ki, şikayət ərizəçilərin həbsdə olduqları vaxt lazımi tibbi müdaxilənin edilməməsi, saxlanma şərati və s. qanun pozuntuları ilə bağlı olub.

2015-ci il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.

Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarş Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabr ayında səhhətində yaranmış problemlə bağlı olaraq A.Yunus məhkəmə zalından azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsin sonuncu iclasda L.Yunusun cəzasını dəyişib. O, beş il müddətinə şərti cəza təyin edilərək azadlığa buraxılıb.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

8 + eighteen =