Avto Akademiya BİNƏQƏDİ-2” layihəsinin təlimlərinə start verilib

0

qizlarimMillixəbər.az ın məlumatina görə Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Avtomobil Federasiyası, “NURGUN Motors” və “RƏVAN” Sığorta şirkətləri, “NBC Bank” və Xəzər-Qərb Tədris Mərkəzinin təşkilatçılığı ilə “Avto Akademiya BİNƏQƏDİ-2” layihəsinin təlimlərinə start verilib. Təlimlərin ilk günü gənclərə yol hərəkəti qaydalarına aid nəzəri biliklər verilib. Nəzəri biliklərlə yanaşı “Yol nişanları” mövzusu layihə iştirakçılarına ətraflı izah olunub, “Xəbərdarlıq”, “Üstünlük”, “Qadağan”, “Məcburi hərəkət istiqaməti”, “Məlumatverici-göstərici”, “Servis” və “Əlavə məlumat” nişanlarına aid nümunələr göstərilib. Gənclər onlara təqdim olunan dərs tapşırıqlarına uyğun olaraq müxtəlif test suallarını cavablandırıblar.

İki ay müddətində davam edəcək layihə həm nəzəri, həm də praktiki təlimləri əhatə edəcək. Praktiki təlimlər “NURGUN Motors” şirkətinin təqdim etdiyi və “RƏVAN” Sığorta şirkəti tərəfindən yüz faiz sığorta edilmiş avtomobillə həyata keçiriləcək. Təlimlərdən sonra hər bir layihə iştirakçısı Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsinin təşkil etdiyi imtahanda müstəqil olaraq iştirak edəcəklər.

Qeyd edək ki, “Avto Akademiya BİNƏQƏDİ-2” layihəsinin təlimləri təcrübəli təlimçi İlqar Quliyev tərəfindən keçirilir.

Nicat. Ülfətoğlu – Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

15 + one =