Avtomobil vuran Sumqayıt sakini xəstəxanada ölüb

0

Bu ilin may ayında Sumqayıt şəhərinin Nəriman Nərimanov küçəsində avtomobillə vurulan piyada, 1968-ci il təvəllüdlü İslamov Aslan Sahib oğlu 2 aydan sonra Bakıda müalicə aldığı xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, o, əvvəl Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də, sonradan vəziyyəti ağırlaşdığından Bakıdakı xəstəxanalardan birinə göndərilmişdi.

Bu gün dünyasını dəyişən A.İslamovun meyiti Sumqayıta gətirilərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

fourteen + sixteen =