Aygün Elnarəni qınadı: “Paylaşmalı idi…”

0

Müğənni Aygün Mahmudova və bu günlərdə “O səs Türkiyə” yarışmasına qatılan Mina Hüseyn “Ən yaxşısı” verilişinin qonağı olub. 

Millixəbər.az xəbər verir ki, proqramda Minanın çıxışını xalası qızı, müğənni Elnarə Xəlilovanın İnstaqram səhifəsində paylaşmaması müzakirə edilib. Bildirilib ki, sənətçi öz qohumunun uğurunu yayımlamamaqda səhv edib.

Mina deyilənlərə “Elnarə ilə hər şey yaxşıdır. Sadəcə, ona dedim ki, sən paylaşmasan, media soruşacaq. O da dedi ki, iş səhifəmdir, paylaşa bilmərəm. Fikrinə hörmətlə yanaşdım” cavabını verib.

Aygün isə Elnarənin düzgün addım atmadığını bildirib:

“Burada sənətdən gedir söhbət. Əşyaları reklam etməyə bilərsən. Paylaşsa, daha yaxşı olardı. Elnarə ilə aram yaxşıdır, amma paylaşmalı idi”.(Axşam.az)

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × three =