Aygun Sadiq: “QARANLIĞA ADDIMLAR”

0

“Bütün cəhdlər neytral”

-Niyə bu qədər hirslisən?

Başımı qaldıranda onu gördüm. Gözlərimi tez-tələsik silib üzümü yana çevirdim.
Yanımda oturdu.
-Mənimkilər də belədir. Başa düşürəm səni…
Ilahi. Yanımda oturan odur…
Həmin insan…
Onun yanında aciz görünmək niyə?

Güclü olduğumu göstərməli idim, söhbəti dəyişmək vacib idi:

Niyə dərsə girmirsən? Dərslər bitib.

Bəs çanta, kitablarSinifdə… Səni sinif otağının pəncərəsindən gördüm. Gəldim, təsəlli verim. Deyəsən, alınmadı…

Qalxdı və məktəb binasına doğru yeridi. “Sənin başın xarabdır? Niyə söhbətə tutmadın? Sevmirsən onu? Səni tanımaq olmur! Kənardan sevirsən, yanında olanda yad kimi davranırsan. Sanki keçən həftə məktəbin həyət qapısında dava salan sən deyildin .” -içimdən gələn səslərdəki aşkar ittihamların qarşısında acizcəsinə dayanmışdım…. Məktəb öyrəncilərin səs-küylü izdihamından azad olub sinif otaqları təzəcə rahat nəfəs almağa başlamışdı ki, pilləkənləri yuxarı qalxan bir öyrəncinin tələskən addımları sükutu pozdu: -Tik-tak. Tik-tak…

“Gecəni burda qalacağam. Bəs gözətçiyə necə deyəcəyəm, evə getmək istəmədiyimi?

Ona necə deyim axı, anam bir əyyaşa aşiqdir, onu yanında saxlayır, yalnız eşq, macəra, yalnız şərab… Olmazdı bunları söyləmək….

Kaş bütün italyanlar da mənim kimi bədbəxt olaydı”…

ÜÇÜNCÜ HİSSƏ

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

fourteen − six =