Aygün Sadiq “SÖZÜM YOX”

0

SÖZÜM YOX

Sevgi çox üstələdi qürurdan danışanı,
Unutdurdu özümü… Əhatəmi… Dünyanı,
Bunca kədər içində,bir də, ayrılıq anı…
Üzüntüyə dözüm yox.

Ürəyə yol tapmazdı zərrə qədər dərd, kədər…
Sanki biz deyilmişik dünyada ən bəxtəvər,
Xoşbəxt açan səhərdə yuxulu sevişmələr
Özgəninmiş, bizim yox.

Həyatın dörd fəslində ürəyində soyuq qış!
Mən nə qədər çalışdım, dəyişmədi davranış,
Bir insan da bu qədər etinasız olarmış?
Daha sənə sözüm yox!

Biz ki belə deyildik, bizə nə oldu axı,
Bir keçərdi günümüz, bir açardıq sabahı…
Günah özümüzdədir, sevginin nə günahı?
Başqa yerə yozum yox.

Dağıt ürəyimdəki heykəlləşən adını,
Qaytar əvvəlki günə qaralmış həyatını,
Sənli xatirələrdə əlac gəzən qadını
İncitməyə lüzum yox.
Getməyə israrlısan… Ta nə deyim, adamım?
Səninlə döyünürdü bu ürəyim, adamım,
Al, apar, sənin olsun, xöşbəxtliyim, adamım!
Mənim onda gözüm yox.

Millixəbər.az: Aygün Sadiq

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

17 + 11 =