Aytən Raqifzadə:Ermənistan Nikol Paşinyandan əvvəl və sonra

0

Ermənistanın Paşinyanla məğlubiyyəti

Ermənistan xalqı eynən bu gün olduğu kimi 2018-ci ildə öz etirazlarını edərək Serj Sorkisyanı hakimiyyətdən devirdi. Ancaq nədənsə Nikol Paşinyanı devirmək Erməni xalqı üçün Paşinyanın 2018-ci ildə Serj Sorkisyana tətbiq olunan devrilmə planlarını tam yerinə yetirə bilmir. Sual doğur bes niyə? Pasinyan Sorosun dəstəyi ilə gəlib və eyni zamanda mən belə düşünürəm ki, bir başa Fransanın agenti kimi məhs hakimiyyətdədir. Araşdirsaq Nikol Paşinyanın fransız əsilli olması eyni zamanda qədim fransız adını daşıması buna sübütdur. Nikol adının mənası fransızların toponim lüğətlərinə görə “millətlərin qalibi”və yaxud “məğlub edilməz” deməkdir. Məhs bu məqsədlə Paşinyanı Fransada yaşayan erməni əsilli lobbisi tərəfindən hakiməyyətə gəlməsi və hələdə devrilməməsi olduqca maraqlıdır. Ancaq Fransızlar “millətlərin qalibi və məğlub edilməz” tayfa kimi yönəltdikləri yaltaq Paşinyan öz işinin öhdəsindən gələ bilmədiyi kimi Ermənipərəst Macronuda bir başa uçuruma sürüklədiyinin fərqində deyil.

Gəlin Paşinyandan sonra olan Ermənistana nəzər salaq. Nikol (fransız adı) hakimiyyətdə gəldikdən sonra hansı toxumları səpdi Ermənistana? Öz saxtalığı ilə Ermənistanda olan Korrupsiyanın qarşısını alaraq öz erməni “tayfasını” korrupsiyasız dövlətdə yaşadıqlarına indirmaq hülyası ilə yaşayan Paşinyan eyni zamanda əl-altından öz rüşvətxorluğuna davam edir Sorosdan və Fransada yaşayan erməni lobbilərindən dəstək almaqda davam edirdi və öz məğlub edilməzliyinə sadəcə özü və öz bədbəxt millətindən başqa heç kim inanmırdı. Hələ-hələ biz, güclü və həmrəy olan Azərbaycan xalqı. Qüdrətli İlham Əliyev kimi Ali Baş Komandan və Şanlı Ordumuz Paşinyanın hülyalarını alt-üst etdi, məhv etdi.
Ermənistan bizə yüksək məbləğdə təzminat ödəyəcək burası dəqiqdir. Biz qüvvətli xalq olaraq bunu tələb edəcəyik və bu proses artiq dövlətimiz tərəfdən öz işlərinə start verdiyini düşünürəm. Ancaq bir sual var, Ermənistan o qədər pulu hardan alacaq? “ Makrondanmı”? Sorosdanmı? Bu qədər pulu yoxdur, olmayacaqda. Söhbət millyardlarla dollarlardan gedir. Onlardan hər şey gözləmək olar. Benəlxalq Valyuta Fondundan (İMF) borc alib ödəyər ancaq bu o qədər də, asan deyil beynəlxalq aləm, qanunlar və hüquqlar var. Onsuzda təzminatın hesablanması çox vaxt aparacaq. Emənistan bu təzminatı Zəngəzurlada ödəyə bilər ancaq buda o qədərdə asan olmayacaq. Bunlar qısa müddətli işlər deyil. Zəngəzur Azərbaycanın qədim tarixi şəhəri, əzəli torpağı olub. 1918-ci il mayın 29-da Xalq Cümhuriyyəti dövründə yaranmış Milli Şüra tərəfindən İrəvan və 9000 kv km ərazi yəni İrəvan, Zəngəzur və Göyçə əraziləri Ermənistana verilir və Erməni dövləti yaranır. Zəngəzur Azərbaycana birləşsə həm Naxçıvanla tam və rahat şəkildə birləşir. Həm də Türk dövlətini bir-birinə birləşdirir. Düzdür Naxçıvandan açılan dəhliz (Mehri) də bunu təmin edir, amma torpaqlarımızın bütünlükdə birləşməsi tamam ayrıdır.
Düşünürəm ki, ediləsi çox işlərimiz var.Cənab Prezidentimiz lazım olan məsələlərin öhdəsindən gələcək, imzalanacaq müqavilələr, alınacaq təzminatlar və s. Azərbaycanın bundan sonra da öz güclü nüfüzunu əks etdirərək bizim xeyrimizə olacaq. Azərbaycan Yeni Dünya düzənində güclənən dövlətdir. Biz Qafqazın “İsraili” ola bilərik. Paşinyan Soros və Makron kimi terrorist əqidəli məxluqlar və onların yönəltdikləri insanlar isə ömürlük məğlubiyyətə məhkumdur.
Qalibləri heç zaman mühakimə etmirlər. Biz Qalib Xalqıq. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan Xalqı!

Müəllif:Aytən Raqifzadə

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

15 − 13 =