Aytac Əliyeva:”Dahi Heydər Əliyevin bütün addımları, bütün cəhətləri bizə örnəkdir”

0
“MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM”

Ümummili liderimiz Heydər Əliyev Azərbaycançılıq ideologiyasının banisidir,Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə daima gənclərin təhsilinə önəm verirdi, Heydər Əliyev ən böyük vətənpərvər, ən böyük Azərbaycanlıdır,Onun sayəsində Azərbaycan dünyaya günəş kimi doğur,Dahi Heydər Əliyevin bütün addımları, bütün cəhətləri bizə örnəkdir bu fikirləri YAP Gənclər Birliyinin sədir müavini, YAP Binəqədi Təşkilatının Qadınlar şurasının sədiri, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədiri Aytac Əliyeva Millixəbər.az sayıtının əməkdaşlarına Ulu Öndər Heydər Əliyevin 96-ci ildönümü ilə bağlı “Heydər Əliyev qəlbimizdə, yaddaşımızda”mövzusunda müsahibəsində deyib.

Ulu Öndər Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun haqqında danışmaq bir müsahibəyə sığmaz. Ulu öndərimizlə bağlı hər birimizin müsbət fikri var. 10 May  onun doğum günü kimi tarixə düşüb və hər il qeyd olunur. İstərdim ki, H eydər Əliyevin həyat və fəaliyyəti, eləcə də ictimai həyatımızdakı rolu barədə bir ziyalı qadın kimi fikirlərinizi bizimlə bölüşəsiniz.
– Mənə diqqət göstərdiyin üçün təşəkkür edirəm!
Ümummili liderimiz Heydər Əliyev Azərbaycançılıq ideologiyasının banisidir və elə bir şəxsiyyətdir ki, onun barəsində saatlarla danışmaq olar. Onu zaman bizdən cismən alsa da, siyasi, ictimai fəaliyyətini öyrəndikcə, tədqiq etdikcə ona, ideyalarına daha da yaxınlaşırıq.
Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi üçün hansı addımları atdığını, hansı riskləri gözə aldığını görmüşük. O deyirdi ki, “müstəqilliyi qazanmaq asandır, amma onu qoruyub-saxlamaq çox çətindir”. Bəli, həqiqətən  belədir.  Ümummilli lider H. Əliyevin siyasi hakimiyyətinin birinci dövrünə nəzər salanda Azərbaycanda quruculuq illərinin şahidi oluruq. Sovet dövründə Azərbaycanın inkişafında  Ulu Öndərimizin böyük xidmətləri olmuşdur, ona qədər Azərbaycan adlı məmləkət arxa sıralarda qərarlaşırdı. Lakin ümummilli liderin Mərkəzi Komitəyə katib seçilməsindən sonra Azərbaycan Sovet ölkələri arasında birinci sıraya yüksəldi və öz sözünü dedi.
Heydər Əliyevin uzaqgörənliyinin nəticəsidir ki, əvvəllər azərbaycanlı gəncləri yalnız ölkə daxilində ali təhsil ala bilirdilərsə, onun gəlişindən sonra gənclər Avropada, Rusiyanın ayrı-ayrı şəhərlərində təhsil ala bildilər.Məhs Bunun nəticəsində gənclərimiz daha mükəmməl təhsil alaraq doğma vətənimzə dönrək, burada peşəkar fəaliyyətlərini davam etdirdilər.
Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyev ikinci dəfə xalqın istəyi və etimadı ilə hakimiyyətə gəlməmişdən öncə, Azərbaycanda siyasi hərc-mərclik ölkənin ərazi bütövlüyünü sual altına qoymuşdu. Səriştəsiz insanlar hakimiyyət başında idilər. Torpaqların 20 faizindən çoxu işğal olundu, Qarabağ problemi yarandı. Belə bir bir vəziyyətin yaranması Azərbaycanın bir ölkə kimi süqutuna gətirib çıxarırdı…
Bu ərəfədə qədirbilən Azərbaycan xalqı səriştəli rəhbər ikinci dəfə siyasi hakimiyyətə gəlməyə, ölkəyə rəhbərlik etməyə çağırdı.
Hər ölkənin inkişaf üçün milli ideologiyasının olmasına ehtiyacı var. H. Əliyev ideoloji sistemin 6  milli prinsipini yaratdı ki, bu da YAP-ın nizamnamə proqramında da yer alıb öz əksini tapır.
Müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq və digər prinsiplər.
Qeyd edim ki, məhz siyasi varislik prinsipi ən önəmli olandır.  Bu gün biz milli mənsubiyyətimizlə qürur duyuruq.
Səriştəli rəhbərin uğurlu fəaliyyətinin nəticəsidir ki, Azərbaycançılıq məfkurəsi fonunda Azərbaycan dünyaya günəş kimi doğur.
H. Əliyevin sayəsində Azərbaycan nəinki regionda, hətta dünyada tanınır. Biz əvvəllər üzərimizdə xəritə gəzdirib ölkəmizi göstərirdiksə, bu gün Azərbaycan idman ölkəsi kimi tanınır.
Azərbaycan dünyaya enerji təhlükəsizliyini təmin edən ölkə kimi tanınır. Tarixi İpək Yolu bərpa edilib. Gələn gəlirlər insanların firavan həyatına sərf olunur. 1993-cü ildə o, siyasi hakimiyyətə gəldi, 15 iyunda Milli Qurtuluşu yaşadıq  və iki il üzərində işlədikdən  sonra  H. Əliyev dünya standartlarına cavab verən müstəqil konstitusiyamızı yaratdı.  1995-ci il 12 noyabr konstitusiya təsdiq edildi. Onun səyi nəticəsində Azərbaycanda hakimiyyət bölgüsü prinsipi yaradıldı və bu da demokratik dəyərlərə söykənir.
Hakimiyyətin bölgüsü qanunverici,  icraedici, məhkəmə hakimiyyətinin yaradılması məhz H. Əliyevin adı ilə bağlıdır.
– YAP və gənclərlə bağlı Ulu Öndər  Heydər Əliyevin tarixi dimətləri barədə nə deyə bilərsiniz? 
– YAP 1992-cü ildən etibarən fəaliyyət göstərir. Əvvəllər müxalifət partiyası kimi yaranmışdı. Çünki iqtidarda ayrı partiya var idi.
–  Xalqın yekdil qərarı ilə YAP xalqın iqtidar pariyası oldu. Sonra ard-arda keçirilən seçklərdə bir sıra uğurlara imza atdı və xalqın sevgisini qazandı. Ölkənin uğurunu, dövlətin qayğısını görən hər gənc dərk edir ki, bu uğurun səbəbkarı kimdir. YAP nizamnaməsinə baxanda orada ana xəttin uğurlardan ibarət olduğunu görürük.
Az öncə də qeyd etdim ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə daima gənclərin təhsilinə önəm verir və onları xaricə təhsil almağa göndərirdi .Bu gün də həmin ənənə uğurla davam etdirilir.
Dahi rəhbərin Fəliyyəti dövründə olduğu kimi, hal-hazırda da  Azərbaycan qadını yüksək vəzifələrdə yer tutur və etalon formalaşdırır.
1995-ci ilə H. Əliyev Azərbaycan Qadınlarının İlk Qurultayını keçirdi. Çində keçirilən qadın qurultayında Azərbaycan qadınlarının iştirakını təmin etdi. Azərbaycan qadınını önə çəkdi, dəyər verdi. Siyasi arenada iştirakına dəstək oldu.
Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın insanı keyfiyyətlərinə nəzər yerirərkən, Azərbaycan qadınının obrazını görürük.
H. Əliyev ən böyük vətənpərvər, ən böyük azərbaycanlıdır.
Biz gənclər öz fəaliyyətimizlə Onun siyasi kursunun layiqli davamçısı Cənab Prezidentimizi  dəstəkləyir və onun ətrafında birləşirik.
Dahi Heydər Əliyevin bütün addımları, bütün cəhətləri bizə örnəkdir. O, körpələrin əlindən tutub alnından öpürdü. Biz bu gün şəxsiyyət vəsiqəmizi göstərib qürurlanırıqsa, bu uğur H. Əliyevin bizə verdiyi şansdır. Uşaqları sevirdi. Əsgərlərlə eyni qabda yemək yeyirdi, məcburi köçkünlərin həyatına diqqət edir, toylarında iştirak edirdi. Biz bu fövqəlbəşəri şəxsiyyəti  bütünlüklə sevir, ehtiramla yad edirik.
O deyirdi:- “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir.
 
Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki,  MƏN AZƏRBAYCANLIYAM!”.
Millixəbər.az
Nicat Abbas 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

7 + one =