Azərbaycan jurnalistikası daha bir peşəkarını İTİRDİ…

0

Dünən çox ağır, çox üzücü, çox sarsıdıcı xəbər aldım… Çox əziz və daha bir gözəl insanı itirdik…

 

Bacı qədər xətrini çox istədiyim, sirdaşım, söhbətdaşım, həmkarım Afaqın acı və ağır ölüm xəbərini aldım…

 

Dünyam sanki bir daha başıma uçdu…

 

30 illik dostum, həmkarım, qohumum…

 

İki il idi ki, çox ağır xəstəliklə-xərçənglə mücadilə aparırdı…

 

Və kimsənin-heç özünün də ağlına gəlməzdi ki, bu qədər həyat dolu, şən, şux, pozitiv, zaman-zaman üzləşdiyi ağırılara, acılara mətanətlə, cəsarətlə sinə gərən Afaq bir gün belə bir xəstəliyə düçar, mübtəla olacaq…Heç kim gözləmirdi, heç kim…

 

Heyf səndən Afaq, çox heyf…Sənə bu xəstəlik, sənə bu ölüm yaraşmırdı…

 

Sən hələ yaşamalıydın, yaratmalıydın…Çox arzuların vardı…

 

40 ildən artıq jurnalistikaya, telejurnalistikaya şərəflə, ləyaqətlə, mənəviyyatla, peşəkarlıqla xidmət etdin…

 

AzTV-də milli-mənəvi dəyərlərimizlə, uşaqlarla bağlı gözəl verilişlər aparırdın…Hətta, uşaqlarla bağlı verilişlərinin bir neçəsində (1996-97-ci illərdə) mən də iştirak etmişdim-münsiflər heyətinin təmsilçisi kimi…Heyf ki, sənin də qədrini-qiymətini, dəyərini bilən olmadı…

 

Azərbaycan jurnalistikası daha bir peşəkarını, təmənnasızını itirdi…

 

Xəstə olduğuma görə, son nəfəsinə yetişəmməddim…Məni bağışla, bacım, həmkarım, dostum, sirdaşım….

 

Heyf səndən ay Afaq, çox heyf…

 

Məkanın nurlu olsun, bacım!

Kamil HƏMZƏOĞLU

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

2 × five =