“Azərbaycan Ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib”

0

“Azərbaycan son dövrlər mühüm beynəlxalq tədbirlər baxımından böyük təcrübə qazanıb. Bu, Azərbaycanın nüfuzunun yüksəlməsi, mədəni həyatımızda baş verən hadisələrlə əlaqədardır”. Millixəbər.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev söyləyib.

O bildirib ki, 2018-ci il Azərbaycan üçün əlamətdar hesab oluna bilər: “Prezidentin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi, eləcə də bu ilin “Cümhuriyyət ili” elan olunması ilə bağlı Sərəncamları həmin dövrün tarixinin daha dərindən öyrənilməsi, keçmişimizə sahib çıxmaq baxımından əlamətdardır. Bu il AXC-nin 100 illiyi ilə əlaqədar çox əlamətdar tədbirlər həyata keçirilir. İctimaiyyət nümayəndələri də bu işə öz töhfələrini verməyə çalışırlar”.

V.Əliyev söyləyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu sahəsində mühüm işlər görülüb: “O dövrdə sərhədlərimizin müəyyənləşməsi, dilimizin, bayrağımızın elan olunması, ordu quruculuğu, hərbi xidmət və səfərbərlik sahəsində atılan mühüm addımlar ölkəmizin sonrakı inkişafında böyük rola malik olub”.

1991-ci ildə Azərbaycanda Müdafiə Nazirliyinin yaradıldığını deyən PA rəsmisi söyləyib ki, lakin o dövrdə Azərbaycanda baş verənlər ölkəmizi çətin vəziyyətə qoymuşdu: “Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də mühüm işlər görüldü. Ümummilli Liderin bu sahədə milli kadrların hazırlanması ilə bağlı böyük xidmətləri olub. Ordu quruculuğuna böyük diqqətin yetirilməsi, 26 iyun tarixinin “Silahlı Qüvvələr Günü” kimi qeyd olunması və digərləri milli ordu quruculuğu sahəsində böyük işlər kimi dəyərləndirilir. Müasir ordu quruculuğu sahəsində Prezident İlham Əliyevin verdiyi töhfələr isə misilsizdir. Azərbaycanda nizami ordu formalaşdırmaq üçün görülən işlər xalq qarşısında ən böyük xidmətlər kimi dəyərləndirilir. Azərbaycan Ordusu bu gün çətinliklərin öhdəsindən gələn hərbi təsisata çevrilib “.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

9 − five =