Azərbaycan polisinin bu addımı görənləri heyran etdi+FOTOLAR

0

Millixəbər.az xəbər verir ki, Sosial şəbəkələrdə tez-tez polis haqqında tənqidi fikirlərin, hətta təhqirlərin şahidi oluruq. Gördüyümüz neqativləri anındaca ictimailəşdiririk. Amma, gördüklərimiz təkcə o neqativlərdən ibarət deyil axı. Məsələn mən bu gün”Əhmədli” Metrostansiyasının yanında çox maraqlı mənzərənin şahidi oldum. Piyadaların yol hərəkəti qaydalarını tənzimləyən Polis əməkdaşının yaşlı və yerimə əngəlli insanlara kömək etməsi diqqətimi çəkdi. O yeraltı piyada keçidindən keçməkdə çətinlik çəkən yaşlı anaların əlindən tutaraq yolu keçirirdi. Bu hadisəni heyranlıqla izlədim. Böyük ürəkli insana təşəkkür etmək gəldi içimdən. Yaxınlaşıb təşəkkür etdim və adını soruşdum ki, fəxrlə sizlərə də təqdim edim. Sözügedən qəhrəman Xətai rayon Polis idarəsinin əməkdaşı serjant Fuad Ağayevdir. Fuad Ağayev bu hərəkətləri ilə nəyinki digər Azərbaycan polislərinin, hətta insanlığın nümunəsidir.
Nümunəvi Azərbaycan Polisinə eşq olsun.

Hazırladı: Jalə Asiman


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

16 − 10 =