“Azərbaycan və Türkmənistanı birləşdirən məqsədlər var” AÇIQLAMA

0

“Prezident İlham Əliyev Belarusa səfərindən sonra Türkmənistana səfər etdi və dövlət başçıları orada çox mühüm məsələlər ətrafında müzakirələr apardılar. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən geniş miqyaslı layihələr, enerji, nəqliyyat, eləcə də təhlükəsizlik kimi məsələlərin müzakirəsi təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir”.Millixəbər.az-ın məlumatına görə bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Türkmənistana səfərin ölkəmizin çox vektorlu xarici siyasətinin göstəricisi olduğunu deyən politoloq söyləyib ki, son illər iki ölkə arasında münasibətlər daha da inkişaf edərək, möhkəmlənib: “Həm Azərbaycan, həm də Türkmənistan eyni məqsədlərə malikdir. Ölkələrimizi birləşdirən bir sıra layihələr, amillər var”.

Politoloqun sözlərinə görə, beynəlxalq terrorizm və ekstremizə qarşı mübarizə Azərbaycan və Türkmənistanı birləşdirən amillərdən biridir: “Səfər çərçivəsində bu məsələ müzakirə olunaraq, hər iki ölkənin bu istiqamətdə mövqeyinin daha da yaxınlaşdırılması ətrafında fikir mübadiləsi aparılıb”.

F.Sadıqov söyləyib ki, səfər çərçivəsində Xəzərin statusu ilə bağlı indiki vəziyyətin müzakirə olunması da sazişə imza atan ölkələr üçün vacib məsələlərdəndir: “Bildiyiniz kimi səfər zamanı iki ölkə arasında 20 sənəd imzalanıb. Bu sənədlərin imzalanması ölkələr arasında münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir. Əminəm ki, bu səfərdən, imzalanan sənədlər, eləcə də razılaşdırılan məsələlərdən sonra bu münasibətlər daha da yüksək səviyyəyə qalxacaq və inkişaf edəcək”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eight − five =