“Azərbaycan Xalq Cümhuriyyəti və Təhsil”

0

Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən ümdə vəzifələrdən biri də Azərbaycanda ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması idi.

Məqalə Cümhuriyyət ili çərçivəsində oxuculara təqdim edililir

Azərbaycan Xalq Cümhuriyyəti və Təhsil haqqında yazdığım bu yazımı, Azərbaycan Respublikasının inkişafında , tərəqqisində , və bu günkü müstəqilliyini qoruyub saxlamasında , misilsiz xidmətləri olmuş , bənzərsiz tarixi şəxsiyyət ümummilli liderimiz Heydər Əliyevin kəlamı ilə başlamaq istərdim: “ 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası , 1918-1920 ci illərdə 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir! Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ən ənənələri yaşadırıq! Biz azadıq! Biz müstəqilik! Biz sərbəstik! Biz heçkəsdən asılı deyilik!Biz özümüz öz taleyimizin sahibiyik! Mənim üçün öz həyatımdan ,öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir! “.

AXC-nin fəaliyyətinə ən yüksək qiyməti ulu öndər Heydər Əliyev vermişdir. Ümummilli lider demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”.

Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev 2008-ci il fevralın 15-də “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzaladı. Azərbaycan Respublikası Milli Məclisi də AXC  parlamentinin 90 illik yubileyinə həsr olunmuş xüsusi tədbir keçirdi.

Prezident İlham Əliyev 2013-cü il may ayının 27-də “Buta” sarayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95 illiyi ilə bağlı keçirilən rəsmi qəbulda bildirmişdi: “Doxsan beş il əvvəl müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika yaranmışdır. Bu, böyük və tarixi hadisə idi. Çünki Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə, azadlığa qovuşurdu. Azərbaycan xalqının artıq öz dövləti var idi. Eyni zamanda, respublikanın yaranması müsəlman aləmində respublika quruluşunun yayılmasına da təkan vermişdi. Qısa müddət ərzində bütün dövlət qurumları, dövlət təsisatları yaradılmışdı. Demokratik inkişaf gedirdi, qadınlara səsvermə hüququ verilmişdi, Milli Ordu yaradılmışdı. Bir sözlə, respublikanın qurucuları böyük işlər görmüşdülər və Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır. “İstiqlal Bəyannaməsi”ni imzalayanların şərəfinə Bakının mərkəzində abidə ucaldılmışdır”.

1998-ci il yanvarın 30-da Heydər Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” sərəncam imzalamış və bu yubiley dövlət səviyyəsində keçirilmişdir. Ümummilli liderin qeyd etdiyi kimi, əgər XX əsrin əvvəllərində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olubdur. “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın о dövrdə və о illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. О illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

Azərbaycan mənim vətənim! -tarixin ağırsınaqlarında qətiyyət və mübarizə əzminin gücü ilə çıxmışdır! Yüz il bundan əvvəl müsəlman aləmində , ilk dəfə olaraq demokratik respublika yaradılmışdır.Mən fəxr edirəm ki, bu respublikanı Azərbaycan xalqım yaradıb, və bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır! İstedadlı xalqdır! Azad xalqdır! 100 il əvvəl cümhuriyyətin elan edilməsi, imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin nəticəsi, milli dövlətçilik ənənələrinin davamı idi. Ümumiyyətlə , Xalq Cümhuriyyətinin yaradılması bütövlükdə Azərbaycanın tarixinin şərəf və ləyaqət səhifəsidir. Çünki bu tarix Azərbaycan dövlət müstəqilliyinin elan olunduğu tarixdir, Azərbaycanın öz ərazisinə sahib çıxdığı , dünya dövlətləri sırasına qoşulduğu bir gündür! Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da , tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur!

2018-ci il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi haqqında sərəncam imzalamış və 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən xalqın maarifləndirilməsinə birinci dərəcəli əhəmiyyət verirdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərindən biri 1918-ci il 27 iyun tarixli qərar oldu. Həmin qərara əsasən, Azərbaycan-türk dili dövlət dili elan edildi. Lakin Azərbaycan dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanları, məhkəmə işi və s. sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar hazırlanana qədər, müvəqqəti olaraq, rus dilindən istifadəyə də yol verilirdi.

Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu.

Bakı və digər yerlərdə dərs kitablarına, məktəb ləvazimatına olan böyük ehtiyacı nəzərə alaraq, Maarif Nazirliyi məktəblərin bu vasitələrlə təchiz edilməsini öz öhdəsinə götürmüşdü.

AXC hökuməti məktəb dərsliklərinin hazırlanması və nəşrinə də ciddi diqqət yetirirdi.

AXC-nin rəsmi orqanı olan “Azərbaycan” qəzeti Azərbaycan və rus dillərində nəşr olunurdu.

Lənkəran qəzası 1919-cu ilin iyulunda AXC hökumətinə tabe edildikdən sonra, sentyabrda burada kişi və qadın gimnaziyaları fəaliyyətə başladı.

Azərbaycan hökuməti ölkədə təhsil sistemini daha da genişləndirmək və dərinləşdirmək məqsədi ilə 1919-cu ilin yayında qısamüddətli pedaqoji kurslar açdı.

AXC 1918-ci il iyunun 4-də Türkiyə ilə imzaladığı müqaviləyə uyğun olaraq Xalq Maarif Nazirliyi Türkiyədən 50 nəfər müəllim dəvət etmişdi. Onlar 1919-cu ilin oktyabr ayının əvvəllərində Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başladılar.

Azərbaycan Xalq Cümhuriyyəti qarşısında duran ən ümdə vəzifələrdən biri də Azərbaycanda ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması idi. Hökumət bu məsələni, bir tərəfdən, ölkədə ali təhsil müəssisələri yaratmaq, digər tərəfdən, azərbaycanlı gəncləri xarici ölkələrin müxtəlif ali təhsil müəssisələrinə göndərməklə həll etməyə çalışırdı.

Azərbaycan hökuməti Xalq Maarifi Nazirliyi qarşısında, ilk növbədə, üç ali məktəbin – Bakı Dövlət Universiteti, Kənd Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması məsələsini qoymuşdu. Bakıda Kənd Təsərrüfatı İnstitutu açmaq məsələsi hökumətin 1919-cu il 5 mart tarixli iclasında bəyənilmiş və Xalq Maarifi Nazirliyinə bu məsələ ilə əlaqədar qanun layihəsi hazırlayıb parlamentə təqdim etmək tapşırılmışdı. Lakin о dövrdəki tarixi şərait yalnız bir ali məktəbin – Bakı Dövlət Universitetinin açılmasına imkan verdi.

Universiteti professor-müəllim heyəti ilə təmin etmək üçün tanınmış alimlər dəvət olundular. Avadanlıq, kitablar alınması üçün 1 milyon manat pul ayrıldı. Azərbaycan parlamentinin üzvləri, dövlət müəssisələrinin qulluqçuları universitet professorlarının ilk mühazirələrində iştirak etmişdilər.

Bakıda Dövlət Universitetinin açılması ilə yanaşı parlamentin qərarı ilə ali təhsil almaq üçün 100 nəfər azərbaycanlı abituriyent xarici ölkələrə – İngiltərə, İtaliya, Fransa və Türkiyəyə yola salınmışdı.

AXC mədəni-maarif sahəsindəki siyasətində milli mənafelərə hörmət prinsipi çox yüksək tutulur və demokratik xarakter daşıyırdı. Bu siyasət Azərbaycanda yaşayan bütün millətlərin mənafeyinə uyğun idi, onların mədəni inkişafı üçün geniş və real imkanlar açırdı.

Ümummilli liderimiz Heydər Əliyevin Respublikamızda uğurla gerçəkləşdirdiyi siyasət , xalqımızın tarixi -mədəni yaddaşını özünə qaytararaq , milli mənlik şüurunu inkişaf etdirdi . Bu dövrdə xalqımızın sosial -iqtisadi , mədəni həyatının bütün sahələrində baş verən yüksəliş , sürətli inkişaf milli dövlətçilik ideyalarının bərpası , gələcək müstəqillik baxımından əhəmiyyəti misilsiz idi. Eləüçrəngli bayrağımızın da Heydər Əliyevin təşəbbüsü ilə hələ Sovet hakimiyyətinin mövcud olduğu 1990 -cı ilin noyabrında  Naxçıvan MR -nin dövlət bayrağı olması haqqında qərarın qəbul edilməsi, ulu öndərin müstəqillik ideallarına nə qədər bağlıolduğunu göstərdi. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təminatlarının yaradılmasına nail olmuşdur. Gərgin və mürəkkəb ictimai -siyasi şəraitdə fəaliyyət göstərmiş, Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu , iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir!

O dövrü hər zaman şərh edən  ulu öndər Heydər Əliyev əsrin sonunda öz müstəqilliyini bərpa edən  Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəylinin və Əhməd Cavadın yaratdıqları dövlət himnini , Xalq Cümhuriyyətinin üç rəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də , hər bir Azərbaycan vətəndaşı üçün əzizidir.

Fəqət müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi az qala bu müstəqilliyin əldən getməsinə gətirib çıxaracaqdı. Yalnız ulu öndərin sayəsində belə bir vəziyyətdə , müstəqilliyimizi qorumaq mümkün oldu. Heydər Əliyev Azərbaycan tarixində ən ardıcıl və ən böyük istiqlalçı , ən böyük demokrat , ən böyük vətənpərvər , ən böyük dövlətçi və ən böyük əməl sahibidir! Onun fəaliyyətinin hər bir hissəsi xalqımızın mədəni inkişafına , iqtisadi və siyasi yüksəlişinə xidmət edən müvəffəqiyyətlərlə zəngindir!

Təhsilimizin inkişafı, məhz ümummilli liderimizin hakimiyyətdə olduğu dövrdə təkamülünü keçirdi! Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan cənab prezidentimiz İlham Əliyev təhsilimizə xüsusi diqqət və qayğı göstərərək 24 oktyabr 2013-cü ildə Təhsil Sahəsində Dövlət Strategiyasını təsdiq edərək, təhsilimizin əsaslı inkişafı üçün nəzərdə tutulan bütün istiqamət və hədəflərin 90 faizinin həyata keçirilməsinə nail oldu .Yenidən tam obyektiv və şəffaf iş sistemi olan möhtəşəm Təhsil Nazirliyi qurularaq, yeniliklərlə zəngin dünya standartlarına cavab verən təhsil sistemi inkişaf etdirildi ! Təhsil millətin gələcəyidir! Bu gün mükəmməl infrastruktura maliktəhsil ocaqlarımız, müstəqil , demokratik Azərbaycan Cümhuriyyətinin daha da güclü inkişafına əsas təkandır! Təhsil Nazirliyimizin Cümhuriyyətimizin 100 illiyi ilə bağlı təşkil etdiyi layihələr və silsilə tədbirlər proqramlı şəkildə uğurla həyata keçirilir! Yetişməkdə olan gənc nəsil bu gün Azərbaycan Respublikasının müstəqilliyini necə bərpa edib , qoruyub saxladığını tam olaraq dərk edir.

Son 15 il ərzində cənab İlham Əliyevin rəhbərliyi altında yaşayıb -yaradan Azərbaycan tək Cənubi Qafqazın deyil, Qərblə – Şərqin qovuşmağında yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən biridir!Xalqımızın  ümummilli lideri Heydər Əliyev kursunu uğurla davam etdirən İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə ölkəmiz sosial -iqtisadi və təhsil sahəsinin bütün istiqamətlərində misli görünməmiş nailiyyətlər əldə edib və beynəlxalq aləmdə böyük nüfuz qazanıb! Bu gün müstəqil Azərbaycanımızın inkişafının davam etdirilməsində ,müstəqilliyinin qorunmasında,mədəni irsinin təbliğindəAzərbaycan Respublikasının vitse prezidenti Mehriban xanım Əliyevanın geniş ictimai – siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Mehriban xanım Əliyevanın böyük layihələrin həyata keçirilməsində , həm də insanlara hərtərəfli kömək etməkdə öz imzası var ! Əgər böyük siyasət meydanına nəzər yetirsək , Mehriban xanım bu gün Azərbaycanı bütün dünyada çox yüksək səviyyədə təbliğ edən bir dövlət xadimidir. Mehriban Əliyeva təhsilimizə xüsusi diqqət ayıraraq demişdir : “Bu gün Azərbaycanda təhsilin inkişafı və dəstəklənməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir ! Biz müstəqil dövlət kimi beynəlxalq rəqabətli təhsil sistemimizlə haqlı olaraq fəxr edirik ! “

Mövzumu müasir və müstəqil Azərbaycanın memarı , qurucusu ,ümummilli liderimiz ,dünya tarixində misli -bərabəri olmayan dahi şəxsiyyət Heydər Əliyevin kəlamı ilə bitirmək istəyirəm! “ Təhsilin millətin gələcəyidir! Mən dünyada müəllimdən yüksək ad tanımıram ! Mən həmişə fəxr etmişəm , bu gündə fəxr edirəm ki , mən Azərbaycanlıyam! ! ! “

 

 Sədaqət Şükürova 

Kəlbəcər rayon 30 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi,Təşkilati işləri üzrə direktor muavini.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eighteen − seventeen =